Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Sumqayıt Dövlət Universitetinin müəllim və tələbələri beynəlxalq müsabiqədə iştirak ediblər
Yerləşdirilmə tarixi : 14 Aprel 2026 11:20
Sumqayıt Dövlət Universitetinin müəllim və tələbələri beynəlxalq müsabiqədə iştirak ediblər
Aprelin 7-də Qazaxıstan Respublikasının Almatı şəhərində Abay adına Qazax Milli Pedaqoji Universiteti və Qazaxıstan Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Şərq mədəniyyətlərarası dialoq məkanında” adlı beynəlxalq tədbirlər çərçivəsində “Şərq dillərində şeir oxu” müsabiqəsi keçirilmişdir. Müsabiqənin əsas məqsədi Şərq ədəbi irsinin təbliği, dil və mədəniyyətlərarası ünsiyyət bacarıqlarının inkişaf etdirilməsi, eləcə də istedadlı gənclərin üzə çıxarılaraq dəstəklənməsidir. Tədbir hibrit formatda həm əyani, həm də onlayn şəkildə təşkil olunmuşdur. Beynəlxalq müsabiqədə Sumqayıt Dövlət Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsinin müəllim və tələbələri də fəal iştirak etmişlər. Universitetin Mühasibat və iqtisadiyyat kafedrasının dosenti Səadət Hümbətəliyeva müsabiqənin münsiflər heyətinin üzvü seçilmişdir. Müsabiqəyə Türkiyə Respublikasından Kilis Aralık Universiteti, Qazaxıstandan Əl-Fərabi Qazax Milli Universiteti, Şəkərim Universiteti və Abay adına Qazax Milli Pedaqoji Universiteti, həmçinin Özbəkistandan İncəsənət və Mədəniyyət İnstitutu daxil olmaqla bir sıra ali və orta təhsil müəssisələrindən 30-dan çox tələbə və magistrant qatılmışdır. Azərbaycan Respublikasından isə Sumqayıt Dövlət Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsinin 782 saylı qrupunun üç tələbəsi iştirakçı kimi çıxış ediblər. Onlardan Miryusif Hüseynov Əhməd Cavadın “Azərbaycan, Azərbaycan!”, Zivәr Mәmmәdzadә Molla Pənah Vaqifin "Heyif ki yoxdur", İbrahimov Rafael isə Nizami Gəncəvinin “Oğlum Məhəmmədə nəsihət” şeirlərini səsləndirmişlər. 

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
Bakı Küçəsi 1, 43-cü məhəllə
AZ5008
Telefon: +994(018) 64 6 15 06
E-Mail: info@sdu.edu.az