Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Bilik yarışı keçirildi
Bilik yarışı keçirildi

Aprelin 14-də Tələbə Gənclər Təşkilatının Elm və Təhsil Departamentinin təşkilatçılığı ilə Riyaziyyat fakültəsinin I kurs tələbələri arasında intellektual bilik yarışı keçirildi.
Dekan müavini, dosent Məmmədəli Məmmədov yarışın əhəmiyyətini qeyd edərək ölkədə aparılan gənclər siyasətinin hədəflərini, bu siyasətin həyata keçirilməsinə gənclər təşkilatlarının və gənclərin fəal şəkildə qoşulduğunu, onların hərtərəfli inkişafları üçün zəruri şəraitin yaradıldığını diqqətə çatdırdı. Dosent bildirdi ki, bugünkü yarışın keçirilməsi, istedadlı gənclərin üzə çıxarılması və onların dəstəklənməsi də məhz dövlətin gənclər siyasətinin əsas tərkib hissəsidir. Çıxışının sonunda  tələbələrimizin  yüksək intellektə və biliyə sahib olduğunu diqqətə çatdırdı. Tələbə Gənclər Təşkilatının sədr müavini Eldar Müzəffərov çıxışında yaradılan şəraitə görə rektor, professor Elxan Hüseynova təşəkkürünü bildirdi və qeyd etdi ki, universitetimizdə elmə, təhsilə yüksək qiymət verilir, istedadlı tələbələr daima mükafatlandırılır. Bu da tələbələrdə ruh yüksəkliyi yaradır. Belə tədbirlərin mütəmadi olaraq bütün fakültələrdə keçirilməsi nəzərdə tutulur.
Sonra qruplar arasında yarış başladı. 5 qrup arasında gedən mübarizədə 486-cı qrupun komandası qalib gəldi.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az