SDU-da “Smart şəhərlər: Gənclərin rolu və imkanları” mövzusunda tədbir keçirilib
Aprelin 16-da Sumqayıt Dövlət Universitetində (SDU) Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə WUF13 çərçivəsində “Smart şəhərlər: Gənclərin rolu və imkanları” mövzusunda tədbir təşkil olunub. Açılış nitqi ilə çıxış edən TGT-nın sədr müavini Oruc Quliyev mövzunun aktuallığından bəhs edərək bildirib ki, müasir dövrdə texnologiya həyatın bütün sahələrinə sürətlə nüfuz edir. “Smart şəhər” konsepsiyası bu inkişafın ən mühüm və aktual təzahürlərindən biri kimi çıxış edir. Bu baxımdan tədbir çərçivəsində səsləndiriləcək məruzələr böyük maraq doğuracaq. Sonra Mühəndislik fakültəsinin Kimya mühəndisliyi və Ekologiya kafedrasının baş müəllimi Azadə Əliyeva “Smart şəhərlər: ekoloji problemlərə davamlı həllər”, İqtisadiyyat və İdarəetmə fakültəsinin Biznesin idarə edilməsi kafedrasının baş müəllimi İsmayıl Əmirli isə “Smart şəhərlərin qurulmasında gənclər üçün karyera imkanları” mövzularında təqdimatlarla çıxış ediblər. Məruzəçilər müasir şəhərlərin rəqəmsallaşması prosesindən, ağıllı texnologiyaların müxtəlif sahələrdə tətbiqindən və bu yanaşmanın şəhər həyatının keyfiyyətinin yüksəldilməsində oynadığı mühüm roldan bəhs ediblər. Eyni zamanda smart həllərin ekoloji problemlərin aradan qaldırılmasına verdiyi töhfələr və bu sahədə gənclər üçün yaranan yeni karyera perspektivləri diqqətə çatdırılıb. Onlar həmçinin smart şəhərlərin mahiyyəti, əsas komponentləri, ağıllı nəqliyyat və mobillik, enerji və şəbəkə sistemləri, eləcə də bu komponentlərin qarşılıqlı əlaqəsi və gənclər üçün karyera imkanları barədə məlumat veriblər.
Sonda mövzu ətrafında geniş müzakirələr aparılıb.
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)