Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | “Şəhərsalma və Memarlıq İli” çərçivəsində fakültələrarası idman yarışları davam edir
Yerləşdirilmə tarixi : 20 Aprel 2026 10:20
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində fakültələrarası idman yarışları davam edir
Sumqayıt Dövlət Universitetində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində fakültələrarası idman yarışları davam edir. Tələbə Həmkarlar İttifaqı Komitəsi və İdman Klubunun birgə təşkilatçılığı ilə keçirilən şahmat yarışında Sumqayıt Dövlət Universiteti və Sumqayıt Dövlət Texniki Kollecinin tələbələrindən ibarət 6 komanda mübarizə aparıb. Əvvəlcə respublikamızın müstəqilliyi, ərazi bötövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra universitetin Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru, dosent Elmar Xəlilov çıxış edərək idman yarışlarının əhəmiyyətindən bəhs edib. O, bu cür yarışların tələbələrin fiziki və intellektual inkişafında, eləcə də sağlam rəqabət mühitinin formalaşmasında mühüm rol oynadığını vurğulayıb və iştirakçılara uğurlar arzulayıb. Daha sonra yarışa start verilib. Gərgin və maraqlı mübarizə şəraitində keçən yarışın nəticələrinə əsasən I yerə Riyaziyyat fakültəsi, II yerə Tarix və coğrafiya fakültəsi, III yerə isə Təbiət elmləri fakültəsinin komandası layiq görülüb. 

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
Bakı Küçəsi 1, 43-cü məhəllə
AZ5008
Telefon: +994(018) 64 6 15 06
E-Mail: info@sdu.edu.az