Əməkdaşımız DİM-in 10 illik yubileyi münasibətilə mükafatlandırılıb
Aprelin 17-də Dövlət İmtahan Mərkəzinin (DİM) yaradılmasının 10 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Tədbir çərçivəsində Abituriyent Məsləhət Mərkəzlərinin bir qrup nümayəndəsi ilə görüş təşkil olunub.
Görüşdə Sumqayıt Dövlət Universitetinin (SDU) Tədris Metodiki Mərkəzinin aparıcı mütəxəsissi, Abituriyent Məsləhət Mərkəzinin əməkdaşı Lətifə Mirzəliyeva abituriyentlərə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi, vətəndaş məmnunluğunun təmin olunması və imtahan iştirakçılarının müraciətlərinin operativ və səmərəli həlli istiqamətində göstərdiyi fəaliyyətə görə yüksək qiymətləndirilib. Bu münasibətlə ona DİM-in departament müdiri Nigar Didavari Hüseynova tərəfindən təşəkkürnamə təqdim edilib.
.jpeg)
.jpeg)