Universitetdə məntiq məsələlərinin müasir tədris yanaşmaları müzakirə olunub
Aprelin 21-də Riyaziyyat və informatikanın tədrisi texnologiyası kafedrasının təşkilatçılığı ilə “Məntiq məsələlərinin tətbiqi və müasir yanaşmalar” mövzusunda seminar keçirilib. Seminarı giriş sözü ilə açan kafedra müdiri, dosent Məftun Heydərova tədbirin məqsədindən bəhs edərək bildirib ki, kafedranın yeni tədris planına uyğun olaraq “Məntiq məsələləri” fənni seçmə fənn kimi tədris olunur. Bu istiqamətdə təşkil olunan seminarlar yeni fənnin daha effektiv mənimsənilməsinə və tələbələrin analitik düşünmə bacarıqlarının inkişafına mühüm töhfə verir. Dosent seminarın işinə uğurlar arzulayaraq sözü tədbirin moderatoru və məruzəçisi, kafedranın müəllimi Vüsalə Məmmədovaya verib . Vüsalə Məmmədova təqdimatla çıxış edərək məntiq anlayışı, məntiqin təkamül tarixi, fənnin predmeti, müasir yanaşmalar və süni intellektdə məntiqin rolu haqqında geniş məlumat verib. O, həmçinin məntiq məsələlərinin tədrisdə tətbiqi, innovativ metodlardan istifadə imkanları və müasir pedaqoji yanaşmalar kimi mövzulara da toxunub. İnteraktiv formatda keçirilən seminarda iştirakçılara müxtəlif məntiq məsələləri təqdim olunub və onların həlli müzakirə edilib. Tədbir çərçivəsində tələbələrin təqdimatında “Labirintdə qərar” adlı maraqlı səhnəcik də nümayiş etdirilib. Seminarın sonunda fakültə dekanı, dosent Xalidə Həsənova çıxış edərək tədbirin yüksək səviyyədə təşkil olunduğunu vurğulayıb. Seminarın təşkilinə göstərilən dəstəyə görə universitet rəhbərliyinə minnətdarlığını ifadə edib. Qeyd edib ki, bu cür tədbirlər elmi biliklərin genişlənməsinə və tələbələrin inkişafına mühüm töhfə verir.
Daha sonra Vüsalə Məmmədovaya təşəkkürnamə təqdim olunub və ona gələcək fəaliyyətində uğurlar arzulanıb.
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg
)
.jpg)
.jpg)
.jpg)
.jpg)