“Startup School 4” layihəsi üzrə infosessiya
Aprelin 23-də Sumqayıt Dövlət Universiteti (SDU) Karyera və Məzunlarla İş Mərkəzinin təşkilatçılığı ilə “Startup School 4” layihəsi çərçivəsində infosessiya keçirilib. Tədbiri Mərkəzin direktoru Anar Dünyamalıyev açaraq layihənin əhəmiyyətini vurğulayıb. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “Enterprise Azerbaijan” portalının rəhbəri İsa Qasımov çıxışında “Startup School 4” layihəsinin məqsədləri haqqında məlumat verib. Bildirilib ki, “Enterprise Azerbaijan” portalının təşəbbüsü ilə həyata keçirilən bu layihə qlobal innovasiya ekosistemlər arasında əməkdaşlığın genişləndirilməsinə xidmət edir. “Startup School 4” layihəsi “5 qitə - 500 Startup” şüarı ilə təşkil olunur. Sonra SDU-nun Avtomatika və mexanika kafedrasının müdiri, professor Cavanşir Məmmədov universitetdəki startaplar haqqında məlumat verərək mərkəzin fəal tələbələrini təqdim edib. Mühəndislik fakültəsinin tələbələri Rəşid Bağırov “Ekoloji təmiz enerji ilə elektrik avtobuslarının təchizatı”, Aydın Əhmədov və Hafiz Mahmudzadə “Startup İnkluziv-UniRobot”, Muxtarov Şirin, Hüseynli Əli və Hüseynov Ayxan “Tibbmed” layihələrini təqdim ediblər. İsa Qasımov tələbələrin startaplarını, xüsusilə Rəşid Bağırovun layihəsini nəzərdə tutaraq “Startup School 4” layihəsi çərçivəsində 50 ən yaxşı startap arasında SDU tələbələrinin uğurlarına inandığını bildirib.
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)