Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Sumqayıt Dövlət Universitetinin müəllimi ICSM & ICQMT 2026 beynəlxalq elmi konfransında iştirak edib
Yerləşdirilmə tarixi : 27 Aprel 2026 11:41
Sumqayıt Dövlət Universitetinin müəllimi ICSM & ICQMT 2026 beynəlxalq elmi konfransında iştirak edib
19-26 aprel tarixlərini əhatə edən konfrans superkeçiricilik, maqnetizm, kvant materialları və enerji texnologiyalarının gələcək inkişaf istiqamətlərinə həsr olunaraq dünyanın aparıcı alimlərini bir araya gətirmişdir.
Tədbirdə 61 ölkədən 800-ə yaxın alim və tədqiqatçı iştirak etmiş, 10 paralel zalda keçirilən elmi sessiyalarda müasir texnoloji yeniliklər, fundamental fizika və alternativ enerji tətbiqləri üçün perspektiv materiallar geniş müzakirə olunmuşdur.
Xəyalə Əliquliyeva konfrans çərçivəsində “Influence of Fe Intercalation on Phonon and Charge Carrier Dynamics in Bi₂Te₃ Topological Insulator” mövzusunda təqdimatla çıxış etmişdir. Tədqiqat topoloji izolyator materiallarında enerji daşıyıcılarının dinamikasının öyrənilməsi vasitəsilə enerjiyə qənaətli elektronika, termoelektrik qurğular və alternativ energetika sistemləri üçün yeni funksional materialların hazırlanması baxımından mühüm elmi əhəmiyyət daşıyır. Təqdimat zamanı aparılan elmi müzakirələr tədqiqatın aktuallığını nümayiş etdirmiş və beynəlxalq elmi əməkdaşlıq imkanlarının genişlənməsinə şərait yaratmışdır. Təqdimata görə iştirakçıya rəsmi sertifikat təqdim olunmuşdur. Konfransın təşkilat komitəsinin sədri Prof. Dr. Ali Gençer ilə keçirilən görüş zamanı elmi əməkdaşlıq perspektivləri müzakirə edilmiş, Sumqayıt Dövlət Universiteti adından xatirə hədiyyəsi təqdim olunmuşdur. Konfransın təşkilində və Azərbaycan alimlərinin iştirakına göstərilən dəstəyə görə azərbaycanlı alim professor İman Əsgərzadə ilə görüş keçirilmiş, gələcək elmi əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılmışdır. Səfər çərçivəsində bir sıra beynəlxalq akademik görüşlər də baş tutmuşdur:Ankara Universitetinin Mühəndislik fakültəsinin dekanı ilə keçirilən görüşdə birgə elmi layihələr, akademik mübadilə və əməkdaşlıq perspektivləri müzakirə edilmişdir; Pakistanlı alim Prof. Dr. Muhammad Anis-ur-Rehman tərəfindən birgə elmi tədqiqatların aparılması ilə bağlı əməkdaşlıq təklifi irəli sürülmüşdür; Kolumbiyalı gənc tədqiqatçı Sumqayıt Dövlət Universitetinin elmi idarəetmə modeli ilə tanış olmaq və universitetə səfər etmək istəyini ifadə etmişdir. Qeyd edək ki, beynəlxalq elmi konfranslarda iştirak universitet əməkdaşlarının elmi nəticələrinin dünya elmi məkanına inteqrasiyasına, alternativ energetika və yüksək texnologiyalar sahəsində yeni elmi əlaqələrin qurulmasına, həmçinin Sumqayıt Dövlət Universitetinin beynəlxalq akademik nüfuzunun möhkəmlənməsinə mühüm töhfə verir. 

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
Bakı Küçəsi 1, 43-cü məhəllə
AZ5008
Telefon: +994(018) 64 6 15 06
E-Mail: info@sdu.edu.az