Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da Ümummilli Liderin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar qılıncoynatma yarışı təşkil olunub
Yerləşdirilmə tarixi : 01 May 2026 17:02
SDU-da Ümummilli Liderin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar qılıncoynatma yarışı təşkil olunub
Mayın 1-də Sumqayıt Dövlət Universitetində (SDU) Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunan tələbələrarası qılıncoynatma yarışı keçirilib. Yarış universitetin Tələbə Həmkarlar İttifaqı Komitəsi və İdman Klubunun birgə təşkilatçılığı ilə baş tutub. Tədbirin açılışında İdman Klubunun müdiri Zakir Məmmədov çıxış edərək bildirib ki, Azərbaycanda Ümummilli Lider Heydər Əliyev tərəfindən təməli qoyulan idman və sağlam gənclik siyasəti Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir, bu sahədə mühüm islahatlar aparılır və ölkəmiz beynəlxalq arenalarda böyük nailiyyətlər qazanır. Z.Məmmədov onu da diqqətə çatdırıb ki, universitetdə tələbələrin fiziki inkişafı, idmana marağının artırılması və sağlam həyat tərzinin təbliği məqsədilə ardıcıl və məqsədyönlü işlər həyata keçirilir. SDU-da qılıncoynatma ilə yanaşı, şahmat, futbol, badminton, stolüstü tennis, atıcılıq və digər idman növləri üzrə bölmələr fəaliyyət göstərir, tələbələrin idmanla mütəmadi məşğul olmaları üçün hərtərəfli şərait yaradılıb. O, çıxışının sonunda yarış iştirakçılarına uğurlar arzulayıb. Sonra yarışa start verilib. Tələbələr arasında “Sablya” növü üzrə keçirilən turnirdə qaliblər müəyyən olunub.
Yarışın nəticələrinə əsasən Filologiya fakültəsinin tələbələri Gülsüm Qasımova I yerə, Fatimə Ağayeva II yerə, Gülər İsalı və Nurlanə Muradova isə III yerlərə layiq görülüblər. 

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
Bakı Küçəsi 1, 43-cü məhəllə
AZ5008
Telefon: +994(018) 64 6 15 06
E-Mail: info@sdu.edu.az