SDU-da İnklüziv Təhsil Mərkəzinin fəaliyyəti müzakirə olunub
Aprelin 28-də Sumqayıt Dövlət Universitetinin rektoru v.i.e., AMEA-nın müxbir üzvü Əminağa Sadıqov universitetin İnklüziv Təhsil və Psixologi Xidmət Mərkəzinin fəaliyyəti ilə yaxından tanış olub.
Mərkəzinin rəhbəri dosent Aytəkin Məmmədova Əminağa Sadıqova mərkəzin fəaliyyəti barədə məlumat verərək bildirib ki, burada inklüziv təhsil alan tələbələrə dəstək göstərilir, onların sosial və akademik adaptasiyasına yardım edilir, psixoloji dəstək xidmətləri təqdim olunur. Qeyd edilib ki, tələbələr üçün imtahanqabağı stressin idarə olunması, fərdi məsləhət xidmətləri və müxtəlif terapiya üsulları əsasında psixoloji dəstək proqramları həyata keçirilir. Eyni zamanda gözdən əlil tələbələrin tədris prosesinə inteqrasiyası məqsədilə xüsusi avadanlıqlardan istifadə olunmaqla müvafiq dəstək göstərildiyi diqqətə çatdırılıb. Əminağa Sadıqov mərkəzin fəaliyyəti ilə bağlı təqdim olunan məlumatları dinləyib, iş prosesi ilə bağlı fikir mübadiləsi aparıb, mərkəzin fəaliyyətin daha da təkmilləşdirilməsi istiqamətində tövsiyələrini səsləndirib. Ə.Sadıqov inklüziv təhsil mühitinin gücləndirilməsinin universitetin sosial missiyasının mühüm istiqamətlərindən olduğunu vurğulayaraq bu sahədə sistemli və davamlı fəaliyyətin vacibliyini qeyd edib. Görüş zamanı mərkəzin fəaliyyətinin inkişaf etdirilməsi, göstərilən xidmətlərin keyfiyyətinin artırılması və tələbələrə dəstək mexanizmlərinin daha da genişləndirilməsi ilə bağlı müvafiq tapşırıqlar verilib. Görüşdə universitetin sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru dosent Elmar Xəlilov da iştirak edib.
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg
)
.jpg)