Əsas səhifə | Xəbərlər | Müasir bank sistemi mövzusunda təlim
Müasir bank sistemi mövzusunda təlim

Aprelin 23-də  Karyera  mərkəzinin təşkilatçılığı ilə "Amrahbank” ASC-nin “İnqilab” filialının direktoru, Azərbaycan Dövlət İqtisad Universitetinin və Odlar Yurdu Universitetinin MBA proqramının müəllimi, “RSH Consulting Company” şirkətinin təsisçisi, “Bank sistemi və bank əməliyyatları testlərlə” kitabının müəllifi, beynəlxalq təlimçi Ramin Bayramov universitetimizdə təhsil alan bakalavr, magistr və doktorantlar üçün  Azərbaycan Respublikasının Bank sistemi  mövzusunda təlim keçdi.
Təlimi  Karyera  mərkəzinin müdiri Zahid Bünyadov açaraq, qonaqları salamladı və təlimin əhəmiyyətindən bəhs edərək  belə təlimlərin tələbələrimiz üçün  vacib olduğunu bildirdi.
Çıxış üçün söz alan Ramin Bayramov təlim zamanı bank sisteminin-Azərbaycan maliyyə sisteminin mühüm elementi olduğunu vurğuladı. Yeni yaradılan Maliyyə Bazarlarına  Nəzarət Palatasının məqsədi,  Azərbaycan Respublikasının bank sistemindəki dəyişikliklər, Kredit təşkilatlarının fəaliyyəti haqqında statistik hesabatları və digər maliyyə xidmətləri göstərən qurumlar haqqında məlumat verdi. 
Sonda təlim iştirakçılarının sualları cavablandırıldı.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
Telefon: +994-18 642-16-20
Faks: +994-18 642-02-70
E-Mail: info@sdu.edu.az