Əsas səhifə | Xəbərlər | Sumqayıt Dövlət Universitetində şagirdlər arasında riyaziyyat üzrə fənn olimpiadasına yekun vuruldu
Sumqayıt Dövlət Universitetində şagirdlər arasında riyaziyyat üzrə fənn olimpiadasına yekun vuruldu

Universitetimizdə ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş “Bu günün şagirdi, sabahın alimi”dir devizi altında Sumqayıt şəhər məktəblərinin IV-VIII sinif şagirdləri arasında riyaziyyat üzrə fənn olimpiadası keçirildi. Sumqayıt Dövlət Universiteti və Sumqayıt şəhər Təhsil şöbəsinin birgə təşkil etdikləri olimpiadada şəhərimizin 42 ümumtəhsil məktəbinin  520 –dən çox  şagirdi riyaziyyat üzrə öz bilik və bacarıqlarını nümayiş etdirdilər.Test üsulu ilə aparılan imtahanda şagirdlər 3 saat ərzində   25 -ə  yaxın sualı cavablandırdılar.
Aprelin  29-da  universitetin rektoru, professor Elxan Hüseynov Sumqayıt şəhər məktəblərinin IV-VIII sinif şagirdləri arasında keçirilən riyaziyyat üzrə fənn olimpiadasında I, II, III yerləri tutan qalibləri Heydər Əliyev Mərkəzində qəbul etdi, onları Fəxri Fərman, qiymətli hədiyyələrlə mükafatlandırdı və xoş arzularını çatdırdı.
Görüşdə rektor Elxan Hüseynov rəhbərlik etdiyi universitetdə son zamanlar təhsilin keyfiyyətinin artırılması istiqamətində görülən işlər, həyata keçirilən layihələr, qarşıda duran məsələlərdən söhbət açdı. Bildirdi ki, elmə, təhsilə böyük önəm verən dahi rəhbərin ideyaları hazırda Prezident cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Olimpiadanın keçirilməsində də məqsəd Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı  26 yanvar 2015 – ci il tarixli sərəncamına uyğun olaraq  “2015 – 2025 – ci illərdə Azərbaycan Gənclərinin İnkişaf Strategiyası” nda yeniyetmələrdə erkən yaşlarında elmə maraq yaradılmasıdır. Onu da qeyd edim ki, Strategiyanın qəbul edilməsi ulu öndər Heydər Əliyevin təməlini qoyduğu gənclər siyasətinin daha bir uğurudur.
Bu gün  SDU-nun  əsas prioritet istiqamətlərindən biri də elm və təhsilin vəhdətinə nail olmaqdır.
Rektor olimpadanın nəticələri barədə fikir söyləyərək qeyd etdi ki, Sumqayıt məktəbliləri fənn olimpiadalarında ürəkaçan nailiyyətlər əldə ediblər.Təhsil naziri cənab Mikayıl Cabbarovun tapşırığına uyğun olaraq universitetimizlə orta təhsil müəssisələri arasında əlaqələrimiz uğurla  inkişaf edir, belə ki, hər şənbə “Açıq qapı” günü keçirilir, şagirdlər universitetlə yaxından tanış olurlar. Təhsil Nazirliyinin həyata keçirdiyi “Sabahın alimləri” müsabiqəsində  şagirdlərin istedad, bacarıq və potensialının aşkara çıxarılması istiqamətində də universitetimizin alimlərinin əməyi danılmazdır.
Sumqayıt Şəhər Təhsil Şöbəsinin metodik kabinetinin direktoru Sabir Məmmədov, Riyaziyyat fakültəsinin dekanı, dosent Zəfər Hüseynov və valideynlər universitet rəhbərliyinə dərin təşəkkürlərini bildirdilər, qeyd etdilər ki, belə yarışların keçirilməsi gələcəkdə şagirdlərin biliklərinin təkmilləşdirilməsinə  böyük zəmin yaradacaq.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
Telefon: +994-18 642-16-20
Faks: +994-18 642-02-70
E-Mail: info@sdu.edu.az