Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Sumqayıt Dövlət Universitetində “Əmək yarmarkası “ keçirildi
Sumqayıt Dövlət Universitetində “Əmək yarmarkası “ keçirildi

Noyabrın 21-də Sumqayıt Dövlət Universitetində “Əmək yarmarkası”  keçirilmişdir. Tədbir Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin təşkilatçılığı ilə reallaşdırılmışdır.
SDU-nun Humanitar məsələlər üzrə  prorektoru, dosent Nizami Namazov Dövlət Məşğulluq Xidmətinin  rəis müavinləri  Şahbaz Xələfov, İbrahim Heydərov və Sumqayıt şəhər Məşğulluq Mərkəzinin direktor əvəzi İlham Hüseynova universitetin rəhbərliyi və professor-müəllim, tələbə heyəti adından belə bir tədbiri təşkil etdikləri üçün öz dərin minnətdarlığını bildirdi. Vurğuladı ki,  Sumqayıt şəhərində fəaliyyət göstərən ən iri ali təhsil müəssisəsi  olan Sumqayıt Dövlət Universitetində “Əmək Yarmarkası” keçirilməsi tələbələrin həyatında əmək bazarına çıxmaq və öz gələcək kariyerasını qurmaqda  çox mühüm və vacib amildir.
Sumqayıt şəhər Məşğulluq Mərkəzinin direktor əvəzi İlham Hüseynov   universitetin rektoru  Elxan Hüseynova  Əmək yarmarkasının keçirilməsinə şərait yaratdıqlarına görə təşəkkürünü bildirdi.
İlham Hüseynov çıxışında, bu gün ölkəmizdə yeni boş iş yerlərinin yaradılmasının dövlət siyasətinin mühüm tərkib hissəsinə çevrildiyini diqqətə çatdırdı. Bu siyasətə uyğun olaraq vətəndaşların məşğulluğunun  təmini, bu məqsədlə müxtəlif aktiv məşğulluq tədbirlərinin keçirilməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və nazirlik yanında Dövlət Məşğulluq Xidmətinin fəaliyyət prioritetlərindən birinə çevrilmişdir. Vətəndaşların əmək bazarına baxımından aktiv məşğulluq tədbirlərinin keçirilməsi məşğulluq xidməti orqanları qarşısında əsas vəzifə kimi müəyyənləşdirilib.
Son illər ölkənin müxtəlif rayonlarında əmək yarmarkalarının təşkili bir ənənə halını almışdır və təcrübə göstərmişdir ki, bu yarmarkaların keçirilməsi   vətəndaşların işlə təmini istiqamətində böyük səmərə verir. inteqrasiyası 21 noyabr 2014-cü il tarixində Sumqayıt Dövlət Universitetində keçirilən “Əmək yarmarkası” tədbirində  5-i dövlət, 32-si qeyri-dövlət olmaqla Sumqayıt şəhərində fəaliyyət göstərən 37 işəgötürən tərəfindən 620 ştat vahidi boş iş yerləri (vakan vəzifələri) təqdim olundu, Sumqayıtın iri müəssisələri olan Sumqayıt Texnologiyalar Parkı, Gilan Tekstil Müəssisəsi, Bismak Qida-Sənaye Kompleksi, BASF Kimya Şirkəti, “İntertextile” ASC və s. şirkətlər iştiak edir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və BMT İnkişaf Proqramının əməkdaşlığı ilə həyata keçirilən “Azərbaycanda innovasiyanın və məşğulluğun inkişafı” layihəsi çərçivəsində 2013-cü ilin sentyabr ayında SYSLAB Sumqayıt Mərkəzi fəaliyyətə başlamışdır. Sumqayıt Dövlət Universitetindəki təhsilini yeni bitirmiş və 2015-cü ildə bitirəcək məzunların bu layihədə iştirakı imkanları nəzərə alınaraq SYSLAB Sumqayıt Mərkəzi də tədbirdə iştirak etmişdir. Məzunlar və sonuncu kurs tələbələri layihə və mərkəzin fəaliyyəti haqqında məlumatlandırılmış, layihədə iştirak etmək istəyən gənclərin CV-ləri qəbul edilmişdir.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az