Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Universitetimizdə “Ekoloji aksiya” keçirildi
Universitetimizdə “Ekoloji aksiya” keçirildi

Azərbaycan Respublikasının Təhsil Nazirliyinin  “Bir” tələbə - könüllü proqramı çərçivəsində universitetimizdə tələbə, müəllim və əməkdaşların iştirakı ilə “Ekoloji aksiya” kerçirildi.
Layihə çərçivəsində tələbələr həyətyanı sahələrdə iməcilik keçirir, abadlıq işləri apardılar. Bu təşəbbüs tələbələrin ekoloji biliklərini dərinləşdirir, onlarda təbiətə qayğı hissi formalaşdırır. Yaşıllıqların salınması və yeni ağacların əkilməsi ilə bağlı keçirilən növbəti genişmiqyaslı iməclikdə tələbələr aksiyaya böyük həvəslə qoşuldular.Aksiya zamanı universitetin  həyətyanı sahəsində 150-ə yaxın ağac əkildi.
Ərazidə təmizlik işləri aparılaraq yaşıllıqlar salındı, təzə əkilən ağac və kollar suvarıldı, əvvəl salınan yaşıllıqlara qulluq göstərildi, ağacın gövdəsi əhənglə ağardıldı. Bununla yanaşı tələbələr universitetin həyətində xeyli sərv ağacı da əkdilər. Məqsəd ekoloji mühitin mühafizəsinə töhfə vermək və təbiətə qayğı hissini gücləndirmək və dövlətin ekoloji siyasətinə dəstək verməkdir.
Qeyd edək ki, tələbələrin Bakı, Sumqayıt və Gəncə şəhərlərində yerləşən ali təhsil müəsisələrində həyata keçirdiyi “Ekoloji aksiya” proqramının “Yaşa” istiqamətinə əsasən realaşdırılır.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az