Əsas səhifə | Xəbərlər | ENACTUS komandası Şabran şəhərində
ENACTUS komandası Şabran şəhərində

ENACTUS proqramı çərçivəsində SDU-nun ENACTUS komandasının müəllim və tələbələrdən ibarət işçi heyəti  mayın 15-də Şabran şəhərində oldu. Bu ilin May ayında keçiriləcək XI ENACTUS Milli yarışında “Ölkənin ərzaq təhlükəsizliyinin həll istiqamətində təbii yem – qoza” layihə ilə iştirak edəcəkdir. Səfərin məqsədi layihənin iş planına uyğun olaraq təklif olunan yemin göstərdiyi nəticəni əldə etmək və təhlil etmək, gedən prosesləri foto və video çəkilişlərini həyata keçirtməkdən ibarətdir.  Komanda yarışda 17 daqiqəlik video prezentasiya ilə təqdimat edəcəkdir.
Qeyd edək ki, ki, universitetimiz ENACTUS proqarmına  2014-cü ildən qoşulmuş, “Panda School – Məktəbəqədər Hazırlıq Mərləzi” layihəsi ilə çıxış edərək, sertifikat və mükafata layiq görülmüşdür. Səfər təsuratlarını bölüşən İslam Paşayev səfərin yüksək səviyyədə  təşkili ücün  komanda adında universitetin rektoru professor Elxan Hüseynova  təşəkkürünü bildirdi.Biz də öz növbəmizdə  yarışda iştirak edən komandamıza uğurlar diləyirik, ENACTUS kubokuna layiq görülməyi, layihəmizi ölkə xaricində təqdim etməyi arzulayırıq.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
Telefon: +994-18 642-16-20
Faks: +994-18 642-02-70
E-Mail: info@sdu.edu.az