Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Xeyriyyə tədbirlərimiz davam edir
Xeyriyyə tədbirlərimiz davam edir

Abşeron rayonunun Saray qəsəbəsində yerləşən 2 Saylı Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün Sosial Xidmət Müəsssisəsində Universitetimizin Tarix və coğrafiya fakültəsinin 887-ci qrupunun təşəbbüsü, Tələbə Həmkarlar İttifaqı və Ritorika Universal Klubun təşkilatçılığı ilə xeyriyyə tədbiri keçiridi.
Mayın 22-də keçirilən tədbiri giriş sözü ilə açan Tələbə Həmkarlar İttifaqının sədri Nemət İbayev bildirdi ki, əqli və fiziki cəhətdən qüsurlu olan uşaqlar cəmiyyətimizin bir hissəsidir, onları cəmiyyətdən kənarlaşdırmaq olmaz. Dövlətimiz fiziki və əqli cəhətdən qüsurlu olan uşaqları daima diqqət və qayğı göstərir. Universitetimiz mütəmadi olaraq belə xeyriyyə görüşlər keçirir və belə tədbirlər cəmiyyətdə hər zaman təbliğ olunmalıdır.
Ritorika Universal Klubunun sədri Umid Cavid çıxışında qeyd etdi ki,  əqli və fiziki cəhətdən qüsurlu uşaqlar kimsəsiz deyil, biz onların hər kəsiyik.Onlara qayğı göstərmək hər birimizin vətəndaşlıq borcudur.
Görüşdə Ritorika Universal Klubunun idarə heyətinin üzvləri vurğuladılar ki, insan əqli və fiziki cəhətdən qüsurlu ola bilər. Bu, taledir. Lakin  ən  əsası odur ki, uşaqların qəlbində qüsur yoxdur. Bizim üçün onlarla zaman keçirmək, onların qəlbini sevindirmək həyatda ən böyük xoşbəxliklərdən biridir.
Xeyriyyə tədbiri musiqi proqram ilə davam etdirildi. Görüşün sonunda tələəblərimiizn gətirdikləri sovqat balacalara paylanıldı.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az