Əsas səhifə | Xəbərlər | “Sabahın alimləri”nin növbəti uğuru
“Sabahın alimləri”nin növbəti uğuru

ABŞ-ın Arizona ştatının Finiks şəhərində InteI ISEF–Intel Beynəlxalq Elm və Mühəndislik Sərgisinə  77 ölkədən 1760 iştirakçı qatıldı. Sərgidə Azərbaycanı “Sabahın alimləri” V Respublika Müsabiqəsinin qalibləri – Bakı Avropa Liseyinin XI sinif şagirdləri Arzu Məmmədova, Nərmin Aydarova, akademik Zərifə Əliyeva adına liseyin X sinif şagirdi Mədət Sərdarlı, XI sinif şagirdi Nigar Sərdarlı, həmin liseyin X sinif şagirdləri Ayşən Əliyeva, Əli Əliyev və qrupa rəhbərlik edən universitetimizin Fizika və elektroenergetika fakültəsinin dosenti  Samir Orucov  iştirak etdilər.
Azərbaycanlı məktəblilər bu sərgidə tarixi uğura imza atdılar. Belə ki, münsiflərin seçimi ilə  fizika, materialşünaslıq kateqoriyası üzrə Nərmin Aydarova və Arzu Məmmədova Grand Award mükafatına layiq görüldülər. Digər təmsilçilərimiz Nigar və Mədət Sərdarlılar isə Qətərin Elm və İşlətmələr Fondunun xüsusi  mükafatına layiq görüldülər.
Qeyd edək ki,  1997-ci ildən keçirilən sərgiyə qatılmaq üçün hər il müxtəlif ölkələrdən 7 milyona yaxın məktəbli müraciət edir. Ölkəmizi bu sərgidə təmsil etmək üçün məktəblilər “Sabahın  alimləri” müsabiqəsindən seçilir. Bu il müsabiqədə ölkəmizin 11 şəhər və rayonunun ümumtəhsil müəssisələrinin IX-XI sinif şagirdləri 129 elmi layihə ilə iştirak etdilər. Müsabiqə 8 kateqoriya üzrə keçirildi.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
Telefon: +994-18 642-16-20
Faks: +994-18 642-02-70
E-Mail: info@sdu.edu.az