Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Respublika Spartakiadasına yekun vuruldu
Respublika Spartakiadasına yekun vuruldu

Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi Rəyasət Heyətinin qərarı və “Gənclik” Tələbə İdman Cəmiyyəti Respublika Şurasının təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş ali təhsil müəssisələri işçiləri arasında Respublika Spartakiadası keçirildi. Spartakiadaya idmanın 5  növü (şahmat, dama, nərd, voleybol və stolüstü tennis) daxildir. İlk olaraq nərd, şahmat və dama idman növlərində yarşlara start verildi. Oyunlar AHİTA-nın  Şahmat –Dama Klubunda baş tutdu.
Nərd üzrə yarışda kişilərdən ibarət 11 komanda iştirak etdi. Milli Aviasiya Akademiyası komandası I, Azərbaycan Dövlət İqtisad Universitetinin komandası II,  Sumqayıt Dövlət Universitetinin komandası isə III sırada qərarlaşdırıldı.
Ali təhsil müəssisələrinin işçiləri dama oyununda ən güclünü müəyyən etmək üçün qarşılaşdılar. Yarışlarda kişi və qadınlardan ibarət 7 komanda təmsil olundu. Ümumi nəticələrə görə universitetimizin komandası  III yerə layiq görüldü.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az