Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Ekologiya günü qeyd olundu
Ekologiya günü qeyd olundu

 Mayın 23-də  Karyera Mərkəzi, Ekologiya və təbiətdən istifadə kafedrası, Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Sumqayıt şəhərindəki 4 saylı şöbəsi və İB Klubla birgə “Ekologiya gününə”  həsr olunmuş elmi-praktik seminar keçirildi.
Seminarı giriş sözü ilə Ekologiya və təbiətdən istifadə kafedrasının müdiri dosent Rəhilə Əhmədova açaraq son illər Azərbaycanda ekoloji problemlərin həlli istiqamətində görülən işlərdən, dövlətimizin bu sahəyə göstərdiyi qayğıdan, qəbul olunan dövlət proqramlarından, ekologiyanın əhəmiyyətli rolundan danışdı.
Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Sumqayıt şəhərindəki 4 saylı şöbəsinin əməkdaşı Elmar Musayev, Sumqayıt Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin rəhbəri Emilya Səfərəliyeva çıxış edərək, Azərbaycan Respublikasında yürüdülən ekoloji siyasətin əsas məqsədi, indiki və gələcək nəsillərin ehtiyaclarının təmin edilməsi naminə mövcud ekoloji sistemlərin, iqtisadi potensialın qorunması və təbii ehtiyatlardan səmərəli istifadə edilməsi istiqamətindən söhbət açdılar.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramı ilə əlaqədar keçirilən seminarda Kimya və biologiya fakültəsinin tələbələri Gülgəz Məmmədova, Gülzar İbadova, Nəsibə Babayeva, Fatimeyi-Zəhra Məhərrəmova, Fatimə Muradxanova müxtəlif  mövzularda çıxış etdilər.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az