Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | ERASMUS + LPEB layihəsinin növbəti seminarı
ERASMUS + LPEB layihəsinin növbəti seminarı

Jean-Sebastien Vilfor: Avropanın doqquz universitetində uğurla həyata keçirilən proqramda Azərbaycandan üç universitet iştirak edir
Mayın 18-də “Rusiya Federasiyası, Çin və Azərbaycanda binaların enerji və ekologiya səmərəliliyi üzrə açıq və distant təhsil formatında peşə bakalavrı” ERASMUS+ proqramının LPEB layihəsi çərçivəsində universitetimizdə seminar keçirildi
Avropa Birliyinin layihə üzrə eksperti Jean-Sebastien Vilforu və Azərbaycan Texniki Universitetinin  Beynəlxalq Əlaqələr Şöbəsinin inspektoru Namiq Hüseynov əvvəlcə rektor professor Elxan Hüseynov, Qiyabi, distant və əlavə təhsil üzrə prorektor dosent Qafar Atayevlə görüşdülər və dəyirmi masa ətrafında layihə ilə bağlı fikir mübadiləsi apardılar.;
Jean-Sebastien Vilfor layihə çərçivəsində hazırlanan proqram haqqında ətraflı məlumat verərək bildirdi ki, “ERASMUS+LPEB” proqramı çərçivəsində yüksək səviyyəli kadrların hazırlanması həyata keçirilir. Müddəti 36 ay olan layihədə Azərbaycan, Rusiya və Çin iştirak edir. Layihə bu üç ölkədə binaların enerji və ekoloji səmərəliliyi üzrə distant təhsil formatında aparılır. Avropanın doqquz universitetində uğurla həyata keçirilən ERASMUS+LPEB proqramında Azərbaycandan üç universitet: Sumqayıt Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti  iştirak edir. 
Seminarda Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor dosent Natiq Talıbov, Qiyabi, distant və əlavə təhsil üzrə prorektor dosent Qafar Atayev, Fizika və elektroenergetika fakültəsinin dekanı dosent Tamella Əhmədova,  Beynəlxlaq əməkdaşlıq şöbəsinin müdiri dosent Turqay Hüseynov, Doktorantura və magistratura şöbəsinin müdiri dosent Ramiz Hüseynov, Fizika və elektroenergetika fakültəsinin müəllimləri  Sevil Abdullayeva, Nadir Hacıbalayev, Aşura Həşimova, dosent Gülağa Əsgərov, layihənin tərcüməçisi Samirə Məmmədova və Azərbaycan Texniki Universitetinin  Beynəlxalq Əlaqələr Şöbəsinin inspektoru Namiq Hüseynov iştirak edərək, layihənin həyata keçirilməsinə mane olan problemlərin aradan qaldırılması, enerji və ekoloji səmərəlilik üzrə mütəxəssislər arasında aparılan sorğunun nəticələri və layihə çərçivəsində görüləcək işlərin müzakirəsini apardılar.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az