Əsas səhifə | Xəbərlər | “Karyerada ilk addım” devizi altında növbəti əmək yarmarkası
“Karyerada ilk addım” devizi altında növbəti əmək yarmarkası

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən gənclərin sosial müdafiəsinin, onların münasib işlə təminatının gücləndirilməsi istiqamətində ardıcıl olaraq bir sıra mühüm tədbirlər təşkil olunur. Belə tədbirlərdən biri də mayın 25-də Sumqayıt Dövlət Universitetində məzun və tələbələrin əmək bazarına inteqrasiyası məqsədilə növbəti "Karyerada ilk addım" devizi altında  əmək yarmarkası keçirildi.
Sumqayıt şəhər Dövlət Məşğulluq Mərkəzinin direktoru İlham Hüseynov tədbirdə iştirak edərək, bildirdi ki, dövlət tərəfindən gənclərin fəaliyyəti üçün yaradılmış geniş imkanlar sayəsində müasir gənclik cəmiyyətin ən qabaqcıl qüvvəsinə çevrilib. Bu baxımdan  Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Dövlət Məşğulluq Xidmətinin rəhbərliyi gənclərin məşğulluğunun təmin olunmasını daima diqqət mərkəzində saxlayır. Belə tədbirlərin keçirilməsində məqsəd  dövlət məşğulluq strategiyasına uyğun olaraq, gənclərin əmək bazarına çıxış imkanlarına yiyələnməsinə və  onların uğurlu əmək karyerasına doğru ilk addımlarını atmalarına dəstək olmaqdır.
Yuxarı kurslarda təhsil alan tələbələrlə, xüsusən əmək fəaliyyətinə başlamaq ərəfəsində olan məzunlarla işəgötürən müəssisə və təşkilatlar arasında əlaqələrin yaradılmasına xidmət edən növbəti yarmarkada 7-i dövlət, 10-u özəl sektor, 1-i xarici şirkət olmaqla 36 müəssisə və təşkilat tərəfindən 286 ştat vahidi boş iş yerləri(vakant vəzifələr) təqdim olundu. Onların sırasında Sumqayıt Təhsil şöbəsi, “Azərikimya” İstehsalat Birliyi, Sumqayıt Texnologiyalar Parkı, “Gilan Tekstil Park”, “Atəşgah” sığorta, BASF Kaspian Yapı Kimyasalları Sənaye MMC, Sumqayıt Qaz İstismar sahəsi, “Ümid” təhsil Mərkəzi, Karbamid zavodu, “Qəlb” klinikası,  “Turan” restoranı, Kağız və Karton İstehsalı Kombinatı, “Mətanət-A” Şirkəti, “Azbentonit” MMC və digər iri şirkətlər iştirak edirdi.
Qeyd edək ki, təqdim olunan boş iş yerlərinin 26 ştat vahidi tədris, 6 elm, 27 sənaye, qalanları isə  digər sahələrə aid vakansiyalar olmuşdur.
Tələbə və məzunlar gələcəkdə işə qəbul olunmaq istədikləri müəssisələrin nümayəndələrinə özləri barədə şəxsi məlumatları (CV) təqdim etdilər.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
Telefon: +994-18 642-16-20
Faks: +994-18 642-02-70
E-Mail: info@sdu.edu.az