Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Əməkdaşlarımız təltif olundular
Əməkdaşlarımız təltif olundular

XXI əsr elmi – texniki və innovasiyalar dövrüdür. Təhsildə və təlimdə də bu yeniliklər öz əksini tapmaqdadır. Müasir təhsil yeni təlim metodları ilə zənginləşir. Yeni təlim metodlarının tədrisə tətbiqi ilə əlaqədar respublikamızın müxtəlif təhsil müəssisələrində müxtəlif təlim və seminarlar, konfrans və debatlar təşkil olunur.
Mayın 29 –da “Odlar Yurdu” Universitetində  “Fəal müəllim; Beynəlxalq təcrübənin müasir tətbiqləri” mövzusunda beynəlxalq seminar keçirildi. Seminarda Universitetimizin Azərbaycan dili və dilçilik kafedrasının əməkdaşlarından baş müəllim Böyükxanım Eminli, müəllimlər Günel Paşayeva, İlahə Musayeva, Elnarə Əhmədova, Azərbaycan dili və ədəbiyyatın tədrisi metodikası kafedrasının müəllimi Zöhrə Qafarova da iştirak etdilər. Seminarın sonunda müəllimlər sertifikatlarla təltif olundular. Qeyd edək ki, seminarda iştirak edən əməkdaşlarımız pedoqoji fəaliyyətlə yanaşı, elmi tədqiqatla da məşğuldurlar.
Eyni zamanda müəllimlər  Azərbaycan dilinə aid bir çox seminarlar təşkil edərək müəllim və tələbə heyətini elmi müzakirəyə cəlb etmişlər. Hazırladıqları tələbələr Beynəlxalq və Respublika elmi konfranslarda universitetimizi layiqincə  təmsil edərək diplom və sertifikatlarla təltif olunmuşlar.
Ümumiyyətlə, rektorumuz Elxan Hüseynovun yüksək tələbkarlığı və görülən işə verdiyi qiymətin nəticəsidir ki, son illər universitetimizin müəllimləri arasında xüsusi bir canlanma yaranmışdır və müəllimlər öz üzərində çalışaraq universitetimizin adını ucaltmağa çalışırlar.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az