Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Yüngül atletika üzrə Respublika çempionatı keçirildi
Yüngül atletika üzrə Respublika çempionatı keçirildi

Mayın 24–də  Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda ali məktəblər arasında Yüngül atletika  üzrə  Respublika çempionatı keçirildi. Yarışlarda  Sumqayıt  Dövlət Universitetinin İdman klubunun müəllimi Mirvari Kərimovanın hazırladığı  tələbələr  uğurla  çıxış  edərək  II  yerə  layiq  görüldü. Kimya və biologiya fakültəsinin I kurs tələbələri  İlham İksanov  - 100 m -ə  qaçışda  I yerə,  Zaur Əliyev  - 800 m -ə  qaçışda  II  yerə  layiq görüldülər. Fizika və elektroenergetika fakültəsinin II kurs tələbəsi  Vüsal Həsənov - yadro itələməkdə, Riyaziyyat fakültəsinin III kurs tələbəsi  Lalə Nuriyeva  - qızlararası  100 m -ə  qaçışda  III  yerə  çıxdılar.
Qeyd edək ki, yarışda respublikamızın 10 ali  məktəbin idmançı gəncləri iştirak etdilər.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az