4  dekabr 2014-cü ildə Sumqayıt Dövlət Universitetində Bakı 2015 Avropa Oyunları və  Azərbaycan Tələbə Gənclər Təşkilatları ittifaqının (ATGT) birgə təşkilatçılığı  ilə ali və orta ixtisas təhsili müəssisələrində Bakı 2015 Avropa Oyunlarına həsr  edilmiş təqdimat və sorğu keçirildi.  Təqdimat  və sorğunun keçirilməsində məqsəd bu böyük idman tədbirinə, eyni zamanda açılış  və bağlanış mərasiminə könüllülər cəlb etmək, könüllülərin qeydiyyatdan keçməsi  zamanı meydana çıxa biləcək çətinliklərə   aydınlıq gətirmək, mövzu ilə bağlı tələbələri maraqlandıran suaları  cavablandırmaqdır.  
  Tədbirdə çıxış edən  universitetin Humanitar məsələlər üzrə  prorektoru, dosent  Nizami Namazov bildirdi  ki, bu vaxta qədər Azərbaycanda   Avropa Olimpiya Oyunları keçirilməmişdir  və ilk oyunların Bakıda keçirilməsi böyük tarixi hadisədir, ölkəmizin böyük  uğurudur.
  Bu xəbər cəmiyyətdə də böyük sevinc hissi ilə  qarşılanmışdır. Bu qərarın qəbul edilməsində şübhəsiz ki, idmançılarımızın  uğurları da öz rolunu oynamışdır. Azərbaycan bu gün dünyada və Avropada bir çox  sahələrdə-   siyasi, iqtisadi, mədəniyyəti  ilə yanaşı  idman  sahəsində də güclü dövlət kimi tanınır. Bizim  uğurlarımız həm beynəlxalq yarışlarda əldə etdiyimiz medallarla ölçülür,  bunlarla yanaşı Azərbaycanda,  Bakıda  yaradılmış müasir idman infrastrukturu da uğurlarımızı tamamlayır. Bura  ölkəmizdə keçirilmiş Dünya, Avropa çempionatlarını əlavə etsək, görərik ki,  doğrudan da Azərbaycanda idman uğurla, sürətlə inkişaf edir. Azərbaycanda  Olimpiya hərəkatı çox yüksək səviyyədədir.
  Prorektor  qeyd etdi ki, mən inanıram ki, Bakı şəhəri birinci oyunların keçirilməsində  yaradılan gözəl şəraitə  və böyük xidmətlərinə görə Avropa Olimpiya  Oyunlarının tarixinə daxil ediləcəkdir. 
  Təqdimat  mərasimində Five Currents  şirkətinin   kast meneceri Nikoletta Corradin (İtaliya)  çıxışında qeyd etdi  ki, 2015-ci  ilin iyun ayının 12-də başlanacaq Avropa  oyunlarının açılış və bağlanışı üçün 6 min könüllü tələbənin iştirakını təmin  edəcəyik. Bu iştirakçılar Azərbaycan ali təhsil ocaqlarının tələbələri olacaq.  Biz  bu  təqdimatı  artıq 20 ali təhsil ocağında  keçirmişik. Bizim istəyimiz və məqsədimiz      Azərbaycanın bu günkü uğuru hesab etdiyimiz  Bakı 2015 Avropa  Oyunlarınada    Sumqayıt Dövlət Universitetinin tələbələrini də öz aramızda görməkdir.
  Azərbaycan Tələbə Gənclər Təşkilatları ittifaqının icraçı direktoru Şəmsi  Gülverdi çıxışında bildirdi ki, əgər əvəllər Avropa oyunlarının vətəni Afina  sayılırdısa, indi isə Azərbaycandır.  Biz  Tələbə Gənclər Təşkilatları bu oyunda fəal iştirak etməli, Azərbaycan gəncliyinin  nəyə qadir olduğunu öz qələbələrimizlə göstərməliyik.
Sumqayıt Dövlət  Universiteti  Tələbə Gənclər Təşkilatının  sədri Şənlik Əliyev mərasim iştirakçılarına Tələbə Gənclər Təşkilatı adından təşəkkür  etdi. Sonda Avropa 2015 oyunları ilə bağlı slayd  göstərildi.
Mətbuat xidməti