Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Kollektivimiz Fəxri Fərmanla təltif olundular
Kollektivimiz Fəxri Fərmanla təltif olundular

26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü münasibətilə və əsgərlərimizə dəstək məqsədi ilə  Sumqayıt Dövlət Universitetinin müəllim və tələbə heyəti Abşeron rayonu Pirəkəşkül qəsəbəsində yerləşən  N saylı hərbi hissədə oldular.
Hərbi hissənin rəhbərliyi hər kəsi salamlayaraq bu il yaradılmasının 98-ci ildönümünü qeyd edən silahlı qüvvələrimizin Azərbaycan tarixində özünəməxsus yeri olduğunu və  Ulu öndər Heydər Əliyevin ordu quruculuğu sahəsindəki əvəzsiz xidmətlərindən, Azərbaycan ordusunun inkişafından, ordu ilə xalqın birliyindən danışmış və hərbi hissələrə tez-tez səfərlərin orduda yüksək əhval-ruhiyyə yaratdığını, qələbəyə olan inam hissini artırdığını bildirərək universitet rəhbərliyinə təşəkkürünü bildirdi.
Universitetin Həmkarlar İttifaqı Komitəsinin sədri dosent Turan Cəfərov çıxış edərək bildirdi ki, Prezident, Ali Baş Komandan cənab İlham Əliyev ordunun qüdrətinin artırılmasını daim diqqət mərkəzindədir. Son dövrlər cəbhə bölgəsində baş verən hadisələr, Ermənistan ordusunun təxribat xarakterli hücumları zamanı düşmənə göstərilən kəskin cavablar Azərbaycanın güclü və qüdrətli orduya malik olmasını bir daha sübut etdi. Təbii ki, igid əsgər və zabitlərimizin göstərdikləri döyüş şücaətləri Azərbaycan xalqını, o cümlədən Sumqayıt Dövlət Universitetinin kollektivini hədsiz sevindirdi. İnanırıq ki,  işğal altındakı ərazilərimiz tezliklə yağı düşməndən azad olunacaq və ölkəmizin ərazi bütövlüyü bərpa olunacaq.
Tədbir istedadlı tələbələrin iştirakı ilə təşkil olunmuş konsert proqramı ilə davam etdirildi.
N saylı hərbi hissənin komandiri universitetin rektoru professor Elxan Hüseynovu, Klubun müdiri Xalidə Quliyevayanı, “Gənclik” özfəaliyyət və “Bəyaz” instrumental ansamblının kolektivlərini Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü münasibəti ilə hərbi hissədə şəxsi heyət üçün təşkil olunmuş tədbirə görə Fəxri Fərmanla təltif etdi.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az