Əsas səhifə | Xəbərlər | Gələcəyin tələbələri universitetimizlə tanış oldular
Gələcəyin tələbələri universitetimizlə tanış oldular

Azərbaycanın kompleks inkişafını intellektual potensialın    formalaşmasında, iqtisadi potensialın intellekt kapitalına çevrilməsində görən ölkə başçısı cənab İlham Əliyev elmin təhsilə inteqrasiyasını əsas götürərək imzaladığı fərman və sərancamlarla, qəbul etdiyi dövlət proqramları ilə Ulu Öndər Heydər Əliyevin “Təhsil –millətin gələcəyidir” kəlamını gerçəyə çevirir. Cəmiyyətin tərəqqisi üçün mühüm layihələr gerçəkləşdirir. Təhsil hər bir dövlətin, ölkənin, cəmiyyətin həyatının, fəaliyyətinin mühüm bir sahəsidir. Cəmiyyət təhsilsiz inkişaf edə bilməz. Dahi şəxsiyyətlər, sənət-söz adamları, sərkərdələr, alimlər diyarı olan Azərbaycanın qüdrətini dünyaya nümayiş etdirir. Yer üzərində ən böyük varlıq insandır. İnsanda isə ən qiymətli sərvət ağıl, bilik və elmdir. Bütün sirrlərin açarı elmdədir. Bu gün ölkəmizdə yüksək savadlı, bilikli, elmli insanlar var. Onların sayəsində dövlətimiz bir çox nailiyyətlərə, uğurlara imza atır.
İyulun 15-də 2016/2017 ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbul olmaq istəyən cari ilin məzunları üçün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirildi. İmtahan respublikanın 11 şəhərində  aparıldı. Sumqayıt Dövlət Universitetinin bir qrup tələbələri Sumqayıt şəhərində 11, 12, 22 və Bakı şəhər üzrə 34, 85 saylı orta məktəblərdə oldular, təhsil aldıqları ali məktəbin tanıtımını etdilər. Tələbələr bildirdilər ki, Sumqayıt Dövlət Universiteti seçməklə siz gələcəkdə bizim kimi  dünyagörüşlü, intellektli, mükəmməl tələbə olacağınıza əmin ola bilərsiniz. Burada elmə, təhsilə,  yüksək savada böyük önəm verilir. Siz peşəkar tədqiqatçı-mütəxəssis kimi yetişmək istəyirsinizsə, sizə şəhərimizin yeganə ali təhsil müəssisəsi olan Sumqayıt Dövlət Universitetini tövsiyə edirik.  Yüksək əhval-ruhiyyə şəraitində keçən görüşlərdə SDU-nun tanıtım video çarxı nümayiş olundu.  Universitet haqqında məlumatı əks etdirən bukletlər paylanıldı.
Onu da qeyd edək ki, tələbələr iyulun 23-də keçiriləcək imtahanlarda da universitetin tanıtımını edəcəklər.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
Telefon: +994-18 642-16-20
Faks: +994-18 642-02-70
E-Mail: info@sdu.edu.az