Əsas səhifə | Xəbərlər | FHN Dövlət Yanğından Mühafizə Xidməti yanğın-taktiki təlim keçirdi
FHN Dövlət Yanğından Mühafizə Xidməti yanğın-taktiki təlim keçirdi

Avqustun 16-da Sumqayıt Dövlət Universitetində FHN Dövlət Yanğından Mühafizə Xidməti Sumqayıt şəhər Dövlət Yanğından Mühafizə İdarəsi yanğın-taktiki təlim keçirdi.
Təlimin keçirilməsində məqsəd fövqəladə hallar zamanı əməliyyat və qarşılıqlı fəaliyyət planlarının reallığının yoxlanılması,yanğınların qarşısının alınması və nəticələrin çevik şəkildə aradan qaldırılması üçün şəxsi heyətin peşəkarlığının daha da artırılmasıdır. Qeyd edək ki, 2006-cı ildən başlayaraq, Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən Respublikada yanğına qarşı mübarizə, yanğın təhlükəsizliyi tələb və qaydalarına əməl olunması, eləcə də bu istiqamətdə qanunvericilikdə müəyyən edilmiş vəzifələr məsuliyyətlə yerinə yetirilmiş, yanğınla əlaqədar əməliyyat şəraiti daim nəzarətdə saxlanılmışdır. Qeyd etmək lazımdır ki, Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən yanğınlarla mübarizə tədbirlərinin gücləndirilməsi, şəxsi heyətin peşə, döyüş və fiziki hazırlığının yüksəldilməsi, sosial müdafiəsinin təmin olunması istiqamətində bir sıra tədbirlər həyata keçirilmişdir.
SDU-nun rəhbər və işçi heyəti başda olmaqla, FHN Sumqayıt Regional Mərkəzinin əməkdaşları və rəhbər heyətinin iştirakı ilə keçirilən təlimdə universitetin həyətində tikilmiş 300kv.m həcmində yanğından mühafizə su anbarı yoxlanılaraq yüksək qiymətləndirildi.
Təlimdə İqtisadi məsələlər üzrə prorektor Naib Hacıyev təlimin əhəmiyyətindən və universitetdə görülən işlərdən bəhs etdi. Bildirdi ki, "Təhsil hər bir dövlətin, ölkənin, cəmiyyətin, həyatının, fəaliyyətinin mühüm sahəsidir" – ölkə başçısı cənab İlham Əliyev Ulu öndərin tövsiyələrinə uyğun olaraq təhsilin inkişafına xüsusi diqqət və qayğı göstərir. 2017-ci ildə 55 illik yubileyini qeyd edəcək Sumqayıt Dövlət Universitetində rektor professor Elxan Hüseynovun rəhbərliyi ilə genişmiqyaslı quruculuq tədbirləri aparılmış, bu da ali təhsil ocağının maddi-texniki bazasının gücləndirilməsinə səbəb olmuşdu. Burada tələbələrin asudə vaxtının səmərəli təşkilinə və biliklərininin möhkəmləndirilməsinə xüsusi diqqət yetirilir. Son zamanlar normal təhsil üçün hər cür şəraiti olan – işıqlı, isti, rahat və lazımi avadanlıqlarla təchiz olunmuş auditoriya və laboratoriyalarda tədris uğurla həyata keçirilir. Yeni texnologiyaların tətbiqi, elektronlaşdırılmış Elmi kitabxana, internetləşdirilmiş kabinetlər, kompüterlər, proyektor və "ağıllı lövhələr"dən istifadə tədrisin keyfiyyətini daha da artırmışdır. Bir çox şöbələrdə təmir işləri aparılmış və müasir avadanlıqlarla təchiz olunmuşdur. O cümlədən, universitetdə sanitar qovşaqları yüksək səviyyədə təmir olunmuş, 300kv.m həcmində yanğından mühafizə su anbarı tikilmiş, həmçinin, qazanxana da tikilərək istifadəyə verilmişdir. Universitetimizin İdman bazasında böyük idman zalı müasir standartlara uyğun əsaslı təmir olunmuş, universitetin həyətində süni örtüklü futbol meydanı, voleybol və basketbol meydançaları, stolüstü oyunlar üçün köşklər qurulmuş və şahmat lövhəsi inşa edilmişdir. Bir sözlə, universitetin hər üç korpusunda təmir işləri sürətlə davam edir. Təbii ki, bütün bunlar ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi xəttin bəhrələridir. Fəxrlə deyə bilərik ki, bu gün ölkəmiz davamlı inkişaf mərhələsindədir. Savadlı, vətənpərvər gəncləri olan ölkənin gələcəyi də parlaqdır.

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
Telefon: +994-18 642-16-20
Faks: +994-18 642-02-70
E-Mail: info@sdu.edu.az