Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Universitetimizdə tələbələrin qeydiyyata alınması davam edir
Universitetimizdə tələbələrin qeydiyyata alınması davam edir

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının 2016/2017-cı tədris ili üzrə ali təhsil müəssisələrinə qəbulu  prosesi başa çatmış, ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələri elan edilmişdi. Avqustun 15-dən 25-dək isə bütün ali məktəblərdə tələbələrin qeydiyyata alınması nəzərdə tutulur. Qeyd edək ki, ölkəmizin qabaqcıl ali təhsil müəssisələrindən biri olan Sumqayıt Dövlət Universitetində I kursa qəbul olan tələbələrin qeydiyyata alınması prosesi davam edir. Sənəd qəbulunun daha asan və şəffaf keçməsi üçün universitet rəhbərliyi tərəfindən bütün zəruri tədbirlər görülüb. Universitetdə Sənəd Qəbulu Komissiyası (SQK) yaradılıb. Bu da I kurs tələbələrinin qeydiyyata alınmalarına və sənədləşmənin düzgün aparılmasına nəzarət edir. Qeyd edək ki, qeydiyyat üçün lazım olan sənədlərin siyahısı, bəzilərinin isə hətta forması əvvəlcədən SDU-nun internet saytında yerləşdirilib. Həmçinin, universitetdə fəaliyyət göstərən 7 fakültənin dekanları, dekan müavinləri və əməkdaşları tələbələrin qeydiyyata alınmasında yaxından iştirak edirlər. Elə buna görə də tələbə-gənclər və onların valideynləri qeydiyyatın yüksək səviyyədə təşkilinə görə universitetin rəhbərliyinə təşəkkür edirlər. Məlumat üçün bildirək ki, hazırda universitetin hər üç korpusunda təmir işləri və genişmiqyaslı quruculuq tədbirləri həyata keçirilir.  Bu da öz növbəsində tədrisin keyfiyyətinin yüksəldilməsinə böyük stimul verir.
SDU-nun rəhbərliyi və kollektivi tələbə adı qazanan, gələcəyimizin təminatı olan intellektual və kreativ qüvvəyə malik gənclərimizi və onların valideynlərini səmimi qəlbdən  təbrik edir, hərtərəfli dövlət qayğısı ilə əhatələnmiş  yaradıcı gənclərə təhsillərində yeni-yeni uğurlar arzulayır. Tələbə adınız mübarək!

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az