Əsas səhifə | Xəbərlər | Veteranlar Təşkilatı yaradıldı
Veteranlar Təşkilatı yaradıldı

Noyabrın 12-də Veteranlar təşkilatının ilk özəyinin  yaradılması ilə bağlı iclas keçirildi.
Humanitar məsələr üzrə prorektor, dosent  Nizami Namazov iclası giriş sözü ilə açaraq şəhərimizin şərəfli tarixində ağsaqqalların və veteranların xüsusi rolu olduğunu, həyat və fəaliyyətləri örnək olan veteranların dəyərli tövsiyələrinin gələcəyimiz olan gənclərin inkişafında mühüm əhəmiyyət kəsb etdiyini vurğuladı. Bildirdi ki,  Sumqayıt  şəhər Veteranlar Şurasının  müraciətinə əsasən SDU-nun Veteranlar Təşkilatı  yaradıldı. Universitetimizdə 70-dən çox veteranlarımızın olmasına baxmayaraq  onlardan 7-nin veteranlıq kitabçası vardı.  
Sumqayıt şəhər Veteranlar Şurasının məsul katibi Məşdi Zeynalov  dövlətimizin qocalara  diqqət və qayğısından danışaraq Prezident İlham Əliyevin regionlara səfəri zamanı ilk növbədə veteranlarla- ağsaqqallarla görüşdüyünü diqqətə çatdırdı.
Sonda iclasda qərar alındı ki, 13 nəfərdən ibarət rəyasət heyəti yaradılsın. Sumqayıt Dövlət Universitetinin Veteranlar Təşkilatının sədri Mehdi Qurbanov, müavini isə Əli Nağıyev səs çoxluğu ilə seçildi.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
Telefon: +994-18 642-16-20
Faks: +994-18 642-02-70
E-Mail: info@sdu.edu.az