Əsas səhifə | Xəbərlər | SDU –nun rektoru Sumqayıt Dövlət Texniki Kollecin müəllim kollektivini qəbul etdi
SDU –nun rektoru Sumqayıt Dövlət Texniki Kollecin müəllim kollektivini qəbul etdi

Universitetin rektoru professor Elxan Hüseynov Sumqayıt Dövlət Texniki Kollecin müəllim kollektivini  qəbul edib, yeni tədris ili əlaqədar öz tapşırıqlarını verdi.  Bildirdi ki, bu  gün ölkəmizdə təhsilin inkişafı istiqamətində mühüm addımlar atılır. Təhsilin normativ hüquqi bazası təkmilləşdirilmiş, maddi-texniki təminatı istiqamətində Azərbaycan Respublikası Prezidentinin sərəncamları əsasında geniş tədbirlər həyata keçirilir. Təhsilin keyfiyyətinin yaxşılaşdırılması üçün təhsili idarəetmə sisteminin yenidən qurulması, bu sahədə insan resurslarının inkişaf etdirilməsi və müəllim peşəsinin nüfuzunun artırılması zəruridir. Bu baxımından da kollecin səviyyəsinin  qaldırılması üçün mühüm addımlar atmalı,  həm maddi texniki bazanın, həm də infrasturkturanın qurulması istiqamətində xeyli işlər görməliyik. 
Görüşdə Sumqayıt Dövlət Texniki Kollecinin direktoru Mətanət Piriquliyeva  tədris prosesinin vəziyyəti, əmək nizam-intizamı, kollecin maddi-texniki bazası, elmi-pedaqoji kadr potensialı, keçirilən ictimai-mədəni tədbirlər haqqında və 2016/2017-ci tədris ilinə hazırlıqla bağlı hesabat verdi.
Sonra  yeni tədris ilə bağlı qarşıda duran məsələlər müzakirə olundu. 
Görüşün sonunda Mətanət xanım Piriquliyeva rektor professor Elxan Hüseynova kollecdə görülən işlərə və yaradılan şəraitə görə dərin təşəkkürünü bildirdi.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
Telefon: +994-18 642-16-20
Faks: +994-18 642-02-70
E-Mail: info@sdu.edu.az