Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Əməkdaşımız Gəncə Dövlət Universitetində TEMPUS UNİVİA layihəsi çərçivəsində seminarda iştirak etdi
Əməkdaşımız Gəncə Dövlət Universitetində TEMPUS UNİVİA layihəsi çərçivəsində seminarda iştirak etdi

Gəncə Dövlət Universitetində "UNİVİA - Beynəlxalq əlaqələr sahəsində idarəçiliyin inkişaf etdirilməsi və təkmilləşdirilməsi" adlı Tempus layihəsi çərçivəsində görüş keçirildi. Görüşdə layihənin koordinatoru olan Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq Əlaqələr Departamentinin əməkdaşları, universitetimizin  Beynəlxalq Əməkdaşlıq şöbəsinin  mütəxəssisi , eləcə də Bakı Dövlət Universitetinin və  Naxçıvan Dövlət Universitetinin nümayəndələri yerli və beynəlxalq səfərlərdə qazandıqları təcrübələrini bölüşdülər.  Layihədə iştirak edən Beynəlxalq Əməkdaşlıq şöbəsinin mütəxəssisi Samirə Məmmədova bildirdi ki, koordinatorluğunu Azərbaycan Dövlət İqtisad Universitetinin rəhbərlik etdiyi “UNİVİA” layihəsi Böyük Britaniya, İspaniya,  İtaliya, Ukrayna, Qırğızıstan, Tacikistan kimi ölkələrin daxil olduğu  19 tərəfdaşdan ibarətdir. Azərbaycandan isə layihədə  adı çəkilən 4 universitet və  Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfdaş qismində iştirak  edirdi. Onu da qeyd etdi ki, iki gün davam edən görüşdə layihənin 3 illik dövrü ərzində Avropa universitetlərində mütəmadi olaraq təlimlərdə qazanılmış təcrübə müzakirə olundu, gələcəkdə görüləcək işlər barədə fikir mübadiləsi aparıldı.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az