Əsas səhifə | Xəbərlər | Büdcədən kənar gəlirlər hesabına əmək haqqı artırılmışdır
Büdcədən kənar gəlirlər hesabına əmək haqqı artırılmışdır

Universitetin fəaliyyətinin son bir ilinə nəzər salsaq görərik ki, bu il ərzində ürəkaçan yeniliklər baş verib. Bu yeniliklərin kökündə isə elmə, təhsilə göstərilən dövlət qayğısı durur. Ulu Öndərin siyasi kursunu layiqincə davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyevin son 10 ildə elmin, təhsilin mövcud problemlərinin həlli istiqamətində həyata keçirdiyi məqsədyönlü tədbirlər SDU-nun da fəaliyyətinin müasir səviyyədə qurulmasına və inkişafına təkan vermişdir.
Son bir ildə Sumqayıt Dövlət Universitetində baş verən yeniliklər, tələbə auditoriyaları yenilənmiş, proyektorlar və ağıllı lövhələrin qurulmuş, Avropa təhsil sistemi səviyyəsində müasir texniki avadanlıqlarla təchiz olunmuş laboratoriyalar yaradılmışdır. Tələbələrin nəzəri biliklərini müəssisələrdə keçməsi üçün bir çox institutlarımızda təhsil elmi istehsalat çərçivəsində elmi əməkdaşlıq genişləndirilmişdir.
Əmək bazarı öyrənilməklə universitetdə pedaqoji və mühəndis kadrları hazırlayan yeni ixtisaslar da yaradılmışdır. Tələbələrin bilik səviyyəsinin, tədrisin stimulunu artırmaq məqsədilə tələbələrlə qarşılıqlı iş qurulmuş, Tələbə Elmi Cəmiyyətinin fəaliyyətinə xüsusi diqqət və qayğı göstərilmişdir.
Pedaqoji kadr hazırlığı üstünlük təşkil etdiyindən tədrisin müasir səviyyədə qurulması və gələcək müəllimlərin də bu səviyyədə yetişməsinə ciddi yanaşılır.
SDU-da təhsil sisteminin informasiyalaşdırılması istiqamətində də ciddi işlər görülmüş, sürətli internet şəbəkəsinə qoşulma imkanı tələbə və müəllimlərin tədris prosesində yeni texnologiyalarla təhsil almasına, normativləşməsinə şərait yaradılmışdır.
Bütün bu yeniliklər yanaşı universitetin rəhbəri tərəfindən  professor-müəllim və işçi heyətinə diqqət və qayğının bir təcəssümü olaraq universitetin büdcədən kənar  gəlirləri hesabına əmək haqqı 50-100 manat artırılmışdır.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
Telefon: +994-18 642-16-20
Faks: +994-18 642-02-70
E-Mail: info@sdu.edu.az