Əsas səhifə | Xəbərlər | Yeni tədris ilində Elmi Şuranın ilk iclası keçirildi
Yeni tədris ilində Elmi Şuranın ilk iclası keçirildi

Sentyabrın 28-də 2016-2017-ci tədris ilində Elmi Şuranın ilk iclası keçirildi. Rektor professor Elxan Hüseynov iclası açıq elan edərək geniş tərkibdə toplanmış Elmi Şura üzvlərini salamladı, ötən tədris ilində əldə edilən nailiyyətlərdən söz açdı və professor-müəllim heyətinə yeni tədris ilində uğurlar arzuladı.
Öncə rektor Elxan Hüseynov  Elm və innovasiyalar üzrə prorektor professor Ramazan Məmmədovu  Rusiya paytaxtında keçirilən III Moskva Beynəlxalq təhsil sərgisində Təbii biliklər Akademiyasının Elmi-nəşriyyat mərkəzinin diplomu ilə təltif olunması münasibəti ilə təbrik etdi.
İclasda Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor dosent Natiq Talıbov 2016/2017-ci tədris ili üçün Sumqayıt Dövlət Universitetinə bakalavriat və magistratura səviyyələri üzrə qəbulun nəticələri və yeni dərs ilində qarşıda duran vəzifələr barədə geniş məruzə ilə çıxış etdi. 
Kredit sistem üzrə təhsil alan tələbələrin yay semestrinin nəticələri barədə həmçinin, 2015/2016-cı tədris ilində bakalavr təhsil sistemi üzrə təhsil alan tələbələrin istehsalat və çöl təcrübələrinin nəticələri haqqında Tədris Metodik Mərkəzin direktoru dosent İsabal Qurbanovun hesabatı dinlənildi. 
Cari məsələlər üzrə  Sumqayıt Dövlət Texniki Kollecinin direktoru Mətanət Piriquliyeva  tədris prosesinin vəziyyəti haqqında və 2016/2017-ci tədris ili üçün qəbulun nəticələri ilə bağlı hesabat verdi. Kimya və biologiya fakültəsinin dekanı dosent Mahal Muradov bildirdi ki, fakültəmizin baş müəllimi İradə Nəsirovanın rəhbərliyi ilə bir qrup tələbəmiz Türkiyənin   İzmir şəhərində Petkim istehsalat təcrübəsində olmuş,   təkliflər müsabiqəsində universitetimiz III yerə layiq görülərək, sertifikatla təltif olunmuşlar.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
Telefon: +994-18 642-16-20
Faks: +994-18 642-02-70
E-Mail: info@sdu.edu.az