Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Müstəqillik günü ilə əlaqədar idman yarışlarına start verildi
Müstəqillik günü ilə əlaqədar idman yarışlarına start verildi

Müstəqillik gününün 25 illiyinə həsr olunmuş fakültələr arasında idmanın üç növü (stolüstü tennis, mini futbol, şahmat) üzrə yarış keçirildi.
Oktyabrın 6-da İdman zalında ilk olaraq stolüstü tennis yarışı keçirildi. Yarışdan əvvəl İdman Klubunun müdiri Zakir Məmmədov son illərdə stolüstü tennisin inkişafından danışaraq, idmançı tələbələrimizin iştirak etdiyi turnirlər, qazandığı uğurlardan bəhs edərək yarış iştirakçılarına uğurlar arzuladı. Bildirdi ki, rektor professor Elxan Hüseynovun rəhbərliyi ilə  tələbələrin asudə vaxtlarının səmərəli keçməsi məqsədi ilə böyük  İdman  zalı  əsaslı  təmir  olunmuş, universitetin həyətində şahmat lövhəsi  inşa edilmiş, süni örtüklü futbol meydanı, voleybol və basketbol meydançaları, stolüstü oyunlar üçün köşklər qurulmuşdur. Təbii ki, bütün bunlar gələcəyimiz olan siz gənc nəslin xoş sabahı üçündür.
Sonra yarışa start verildi. Stolüstü tennis yarışında birincilik uğrunda gedən mübarizədə Kimya və biologiya fakültəsinin komandası I yerə, İqtisadiyyat və idarəetmə fakültəsi II yerə, Riyaziyyat fakültəsinin komandası isə III yerə çıxdılar.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az