Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Multikulturalizm humanist dəyərlərə sevgidir
Multikulturalizm humanist dəyərlərə sevgidir

Azərbaycanda milli-mənəvi dəyərlərə, dövlət və din münasibətlərinə xüsusi həssaslıqla yanaşılır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2016-cı ilin Azərbaycanda "Multikulturalizm ili" elan edilməsi ilə bağlı sərəncamından irəli gələn vəzifələrin icrası, həmçinin, Azərbaycan xalqının zəngin multikultural və tolerantlıq ənənələrinin təbliği, eyni zamanda dini radikalizm və ekstremizmlə mübarizə məqsədilə silsilə tədbirlər təşkil edilir. Bu məqsədlə oktyabrın 10-da universitetimizin Heydər Əliyev Mərkəzində “Multikulturalizm humanist dəyərlərə sevgidir” mövzusunda tədbir keçirildi.
Tədbiri Humanitar Məsələlər üzrə prorektor dosent Nizami Namazov açaraq  bildirdi ki, Azərbaycanda uzun illərdən bəri dədə-babalarımızdan bizə miras qalmış milli-mənəvi dəyərlərə, dövlət və din münasibətlərinə xüsusi həssaslıqla yanaşılır. Bu gün  Multikulturalizmin birgə yaşayış mədəniyyəti multikultural dəyərlər olmasaydı, heç bir böyük bəşər mədəniyyəti olmazdı. Multikultural dəyərlərin dövlət siyasətinə keçdiyini və bu siyasətin əsasının ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu, hal-hazırda  Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd etdi. Bildirdi ki, multikulturalizm ənənələrinin qorunub saxlanması, daha da inkişaf etdirilməsi və geniş təbliğ olunması daim ölkə rəhbərliyinin diqqət mərkəzindədir. Prorektor onu da vurğuladı ki, Multikulturalizm Azərbaycanda dövlət siyasətinin prioritetlərindəndir. Təsadüfi deyildir ki, bu siyasətin həyata keçirilməsində ictimai təşkilat kimi Heydər Əliyev Fondunun da dövlətimizə böyük əməli dəstəyi var. Ulu öndərimizin irsini layiqincə yaşadan və təşviq edən fondun bu sahədəki fəaliyyəti artıq qlobal miqyasda təqdir olunur. Dosent Nizami Namazov universitetdə  multikulturalizm istiqamətində həyata keçirilən layihələrdən danışaraq qeyd etdi ki, SDU-da multikulturalizm mövzusunda silsilə tədbirlər keçirilir və bu fənn yüksək səviyyədə tədris olunur.
Tədbirdə Fəlsəfə və hüquq kafedrasının müdiri professor Həsən Sadıqov  “Multikulturalizm Ulu öndər Heydər Əliyevin  Azərbaycançılıq ideologiyasının  mühüm tərkib hissəsidir”, Tarix və coğrafiya fakültəsinin Sosiologiya və politologiya kafedrasının baş müəllimi Zahid Bünyadov  “Multikulturalizm və onun cənab İlham Əliyev tərəfindən əsası qoyulmuş müasir Azərbaycan modeli”, Azərbaycan dili və dilçilik kafedrasının müəllimi Əli Rzayev “Azərbaycan tolerantlıq və multikulturalizm siyasəti insan hüquq və azadlıqlarının qorunmasının bariz nümunəsidir”, Tarix və coğrafiya fakültəsinin Sosiologiya və politologiya kafedrasının laborantı Nailə Qasımova “Azərbaycanda multikultural mədəniyyətin formalaşmasında və inkişafında azsaylı xalqların tarixi rolu”, Tarix və coğrafiya fakültəsinin II kurs tələbəsi Türkan Yıldız “Gənc nəslin tolerant ruhda inkişafında Azərbaycan dövlətinin multikultural siyasətinin rolu” mövzularında çıxış edərək  bildirdilər ki, bu gün respublikamızda insan hüquq və azadlıqlarının bərqərar olmasına, milli-mənəvi dəyərlərimizin qorunmasına və tolerantlıq ənənələrinin möhkəmləndirilməsinə böyük önəm verilir.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az