Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Nümunəvi dərs
Nümunəvi dərs

Dekabrın  9-da SDU-nun  Fizika və elektroenergetika fakültəsinin Fizikanın tədrisi metodikası kafedrasında fakültənin 544-cü qrupunda kurikulumun əsasları fənni üzrə fizika fənnindən fəal dərs işçi vərəqlərinin hazlanması mövzusunda nümuəvi dəs keçirilmişdir. Dərsdə Universitetin elm və İnnovasiyalar üzrə prorektoru, professor Ramazan Məmmədov, Tədris hissə müdiri, dosent İsabal Qurbanov, Elmi hissənin müdiri Anar Namazov, fakültənin dekanı, dosent Tamilla Əhmədova, Fizikanın tədrisi metodikasının müdiri, dosent Fuad Məmmədovun iştirakı ilə nümunəvi dərs keçirilmişdir. Dərsi kafedranın dosenti Zərifə Dəmirova aparmışdır. Tələbələr Təhsil Naziri cənab Mikayıl Cabbarovun əmri ilə Ali məktəblərdə kulikulumun əsasları fənninin keçirilməsini, tədris olunmasını cox yüksək qiymətləndirirlər. Bu fənnin tədris olunması zərurətdən doğan  tələbdir. Müasir tipli dərslərin keçirilməsi yaxşı haldır. Tələbələrin dərsdə qrup halında iştirakı, biryandan onların kollektiv düşüncəsinin formalaşmasına kömək edir, onları fəallaşdırır, qruplar arasında isə sağlam əhval-ruhiyyə yaradır keçirilən nümunəvi dərs müsbət qiymətləndirildi.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az