Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Dağıstan Dövlət Universitetinin 85 illik yubileyində alimlərimiz iştirak etdilər
Dağıstan Dövlət Universitetinin 85 illik yubileyində alimlərimiz iştirak etdilər

Beynəlxalq əlaqələrin inkişafı universitetlərarası professor-müəllim və tələbə heyətinin mübadiləsi, müxtəlif layihələrin proqramların birgə icrası ilə bilavasitə bağlıdır. Universitetimiz Avropanın məşhur elm-tədris mərkəzləri ilə yanaşı, MDB –yə üzv dövlətlərin təhsil qurumları ilə də əməkdaşlıq eedir, dostluq münasibətləri saxayır. Oktyabrın 11- dən 15-dək Humanitar məsələlər üzrə prorektor dosent Nizami Namazov və Kimya və biologiya fakültəsinin dekanı dosent Mahal Muradov Rusiya Federasiyasının Dağıstan Dövlət Universitetinin 85 illik yubileyində iştirak etdilər.
Prorektor Nizami Namazov və dekan Mahal Muradov SDU-nun rekroru professor Elxan Hüseynovun adından Dağıstan Dövlət Universitetinin 85 illik yubileyi münasibətilə universitetin rektoru professor Murtuzali Rabadanovu təbrik etmiş, universitetin hədiyyəsini və təbrik məktubunu ona təqdim etmişlər.
Yubiley çərçivəsində alimlərimiz həmçinin Dağıstan Dövlət Universitetinin 85 illik yubileyinə həsr olunmuş «КАСПИЙ – МОРЕ ДРУЖБA И НАДЕЖД» beynəlxalq forumunda iştirak edərək məruzələrlə çıxış etdilər.
Konfransın gündəliyində Dərbənd qalasına və Dağıstan Dövlət Universitetin Dərbənd və İzberbaş şəhərində olan filiallarına ekskursiyalar təşkil olunmuşdur. Ekskursiya zamanı onlar  Rusiya Federasiyası və Qazaxstan ali məktəblərinin nümayəndələri ilə görüşlər keçirilmiş, elm və təhsil sahəsində fikir mübadiləsi aparılaraq gələcəkdə qarşılıqlı konfranslarda iştirak etmək, birgə məqalələrin nəşri, tələbə və professor – müəllim mübadiləsi məsələləri müzakirə edilmiş, hədəflər müəyyənləşdirilmişdir.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az