Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | “Milli mənəvi dəyərlərimiz” mövzusunda seminar- təlim
“Milli mənəvi dəyərlərimiz” mövzusunda seminar- təlim

Oktyabrın 22-də universitetimizdə “Milli mənəvi dəyərlərimiz” mövzusunda Ritorika Universal Klubunun təşkilatçılığı ilə seminar -təlim keçirildi.
Təlimi Filologiya fakültəsinin müəllimi Əli Rzazadə açaraq qeyd etdi ki, milli-mənəvi dəyərlərimiz xalqımızın simasında zaman-zaman yaşamışdır. Bizi başqa xalqlardan, millətlərdən fərqləndirən də elə bir çox məqamda milli-mənəvi dəyərlərimiz, mədəniyyətimiz, mənəviyyatımızdır. Bu mənada Azərbaycan ailəsi də başqa ailələrdən fərqlənir. Ailələrimizdə böyüyə hörmət, ata-anaya sevgi, ehtiramla davranmaq, kiçiklərə qayğı, diqqət əsas göstəricilərdəndir. Bizim gələcək nəsillərə örnək olan əxlaq, tərbiyə simvolu, məhəbbət etalonu kimi daim hörmətlə anılan nümunəvi ailələrimiz çoxdur. Bu ailələr Azərbaycan xalqına sözün həqiqi mənasında böyük şəxsiyyətlər, dahilər bəxş etmişdir. Belə dahilərdən biri də Ümummilli Lider Heydər Əliyevdir. Məhz onun hakimiyyətə gəlişindən sonra xalqımızın milli mənəvi dəyərlərə qayıdışı hadisəsi baş verdi. Bu istiqamətdə Ümummilli Lider Heydər Əliyevin misilsiz xidmətlərini hazırda Prezident cənab İlham Əliyev uğurla davam etdirir.
Tələbə Həmkarlar İttifaqı Komitəsinin  sədri Nemət İbayev çıxış edərək Milli dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılması bu gün daha çox aktual olduğunu diqqətə çatdırdı. Çünki milli dəyərlərimizin Azərbaycan xalqının formalaşmasına təsiri böyük olduğu kimi, milli dövlətçiliyimizin möhkəmləndirilməsində də xüsusi rolu vardır. Milli ideologiya, milli tarix, milli dil, dinimiz, milli mədəniyyət və incəsənət, milli ədəbiyyat, milli özünüdərk, ailə, dahi şəxsiyyətlərimiz, milli musiqimiz, muğamlarımız, fərdi yaddaşı, etnos yaddaşını, millətin, xalqın yaddaşını ehtiva edən  folklorumuz bizim  milli-mənəvi dəyərlərimizdir.  Bu gün milli-mənəvi irsimizin qorunması və inkişafında  Heydər Əliyev Fondunun Prezidenti, UNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın  müstəsna rolu vardır.
Seminarda tələbələri maraqlandıran suallar cavablandırıldı və  mövzu ətrafında maraqlı müzakirələr aparıldı.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az