Əsas səhifə | Xəbərlər | Elmi Şuranın növbəti iclası keçirildi
Elmi Şuranın növbəti iclası keçirildi

Dekabr ayının 10-da SDU-nun Elmi Şurası səs çoxluğu ilə öz işinə başladı. İclası giriş sözü ilə açan sədr Elxan Hüseynov elmi şura üzvlərini salamladı, SDU-nun qısa zaman kəsiyində əldə etdiyi uğurlarından, nailiyyətlərindən danışdı.
İnformasiya texnologiyaları və proqramlaşdırma kafedrasının müdiri, professor Məmməd Əhmədovun SDU-da yeni ixtisaslar üzrə tədrisin təşkilinin vəziyyəti, Doktorantura və magistratura şöbəsinin müdiri, dosent Natiq Talıbovun Fakültə Elmi Şuralarında magistrant, doktorant və dissertantların attestasiyasının nəticələri barədə məlumat verdi.
Elm və innovasiyalar üzrə prorektor, professor Ramazan Məmmədov    2015-ci ildə Universitetdə keçiriləcək  konfransların müəyyən olunmuş    siyahısını açıqladı:

Magistrantların ənənəvi XV Respublika Elmi Konfransı;
Ermənilərin soyqırım siyasəti bəşəriyyətə qarşı cinayətdir;
Energetikanın müasir elmi-texniki və tətbiqi problemləri;
Monomerlər və polimerlər kimyasının müasir problemləri: III Respublika elmi konfransı;
Kitabi-Dədə Qorqud və dünya eposçuluq ənənəsi mözusunda  Elmi Konfrans Şura üzvlərinin marağına səbəb oldu.

Tədris hissəsinin müdiri, dosent İsabal Qurbanov Qış imtahan sessiyasına hazırlığın vəziyyəti haqqında məlumat verdi.
İclasda o da bildirildi ki, SDU-nun Xarici dil kafedralarının attestasiyası haqqında və iki kafedranın birləşdirilməsi nəzərdə tutulub.
SDU-nun Qiyabi, distant və əlavə təhsil üzrə prorektoru, dosent Qafar Atayev,  ölkəmizin  bir çox ali təhsil müəssisələrinin məsul əməkdaşlarının iştirakı ilə Türkiyə Cümhuriyyətinin ali təhsil müəssisələrində keçdikləri təcrübədən və görüşlərdən danışdı.
İclasda universitetin dekanlıq, kafedra və şöbələrində sənədləşdirmənin vəziyyəti və 2015-ci ildə müxtəlif ixtisasların açılması kimi cari məsələlər müzakirə olundu.
Elmi şurada müsabiqələrin keçirilməsi və elmi adların müzakirəsinə başlanıldı. Hüseynova Məlahət Soltan  qızına “Biznesin təşkili və idarə edilməsi” kafedrası üzrə dosent elmi adının verilməsinə dair AAK qarşısında vəsatətin qaldırılması müzakirə edildi.
Rektor Elxan Hüseynov İnformatika kafedrasının müdiri, dosent Valeh Musayevi texnika üzrə elmlər doktorluq elmi dərəcəsini (AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunda) müdafiə etməsi münasibətilə təbrik etdi və yeni nailiyyətlər arzuladı. Rektor, həmçinin SDU-nun Elmi katibi, dosent Aqil Hüseynovu texnika üzrə elmlər doktorluğu dissertasiya işinin AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun nəzdindəki Müdafiə Şurasının Elmi seminarında müvəffəqiyyətlə müzakirə olunduğunu bildirdi və Aqil Hüseynovu bu münasibətlə təbrik etdi.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
Telefon: +994-18 642-16-20
Faks: +994-18 642-02-70
E-Mail: info@sdu.edu.az