Əsas səhifə | Xəbərlər | “Sabahın alimləri” VI Respublika Müsabiqəsinə start verildi
“Sabahın alimləri” VI Respublika Müsabiqəsinə start verildi

15-17 fevral 2017-ci il tarixində İntel ISEF-Beynəlxlaq Elm və Mühəndislik Sərgisi çərcivəsində “Sabahın alimləri” VI Respublika Müsabiqəsi Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Təhsil işçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə həyata keçiriləcək. Müsabiqədə ümumtəhsil müəssisələrinin IX-XI siniflərində təhsil alan şagirdlər iştirak edəcəklər.
Müsabiqəyə elmi dəstəyin verilməsi Azərbaycan Respublikası Təhsil Naziri cənab Mikayıl Cabbarov tərəfindən Bakı Dövlət Universiteti, Sumqayıt Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti,  Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və  Naxçıvan Dövlət Universitetinə tövsiyyə edilmişdir (Əmr N-630,  22.09.2016-ci il).
Bu tədbir dünyada ən nüfuzlu müsabiqələrdən biri olan və hər il Amerika Birləşmiş Ştatlarında keçirilən İnternational Science and Engineering Fair (Intel ISEF)-Beynəlxalq Elm və Mühəndislik Sərgisi çərçivəsində təşkil olunur. Respublika Müsabiqəsinin qalibləri sırasından hər il ən yaxşı layihələrin  qalibləri Intel ISEF-də iştirak etmək  hüququ qazanırlar.
Sumqayıt şəhər şagirdlərinə rəhbərlik edən Sumqayıt Dövlət Universitetinin dosenti Samir Orucov  müsabiqə iştirakçılarına İntel İSEF haqqında və “İxtiraçılıq qabiliyyətin inkişaf etdirmə metodları” mövzusunda seminarlar təşkil etmişdir. Seçilmiş şagirdlər universitetimizin professor-müəllim heyəti ilə birgə  müəyyən olunmuş ixtisaslar üzrə öz elmi layihələrini hazırlayaraq, müsabiqədə iştirak edəcəklər.
Qeyd edək ki, “Sabahın alimləri” V Respublika müsabiqəsində dosent Samir Orucovun rəhbərliyi ilə IX-XI siniflərdə təhsil alan 56 şagirdin 32 layihəsi təqdim olunmuşdur. Bu layihələri təqdim edən 13 şagird  II , III yerlərə və Amerika Meteoroloji Agentliyin fəxri fərmanına layiq görülmüş, gümüş və bürünc medallarla təltif olunmuşlar.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
Telefon: +994-18 642-16-20
Faks: +994-18 642-02-70
E-Mail: info@sdu.edu.az