Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Tələbəmiz sertifikata layiq gördüldü
Tələbəmiz sertifikata layiq gördüldü

Oktyabrın 28-də Abşeron Rəsm Qalereyasında “Bu-Ta”-nıtım layihəsinin təqdimatı oldu. Tədbir Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyi və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) dəstəyi ilə keçirildi.
Gənc rəssamların əsərlərindən ibarət sərgidə 55 namizəd arasından seçilmiş, Bakı, Sumqayıt, Gənc, Şəki, Qazax, Ağstafadan olan 30 gənc rəssamın 48 əl işi nümayiş olundu. Universitetimizin Tarix və coğrafiya fakültəsinin III kurs  tələbəsi İsmayıl Faxtiyev maraqlı əl işinə görə sertifikata layiq görüldü. Qeyd edək ki, layihənin məqsədi Azərbaycan xalqının milli xüsusiyyətlərini özündə əks etdirən, şifahi və yazılı ədəbiyyata, sənətə türk etnosunun mifoloji düşüncəsini ifadə edən anlayış, simvol olan butanın təbliğinin genişlənməsinə kömək etməkdir.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az