Əsas səhifə | Xəbərlər | “Ekologiya və Qida Təhlükəsizliyi” mövzusunda tədbir keçirildi
“Ekologiya və Qida Təhlükəsizliyi” mövzusunda tədbir keçirildi

Oktyabrın 29-da “Sumqayıt Gənclər Evi”ndə Gənclər və İdman Baş İdarəsinin və Sumqayıt Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə “Ekologiya və Qida Təhlükəsizliyi” mövzusunda tədbir keçirildi.
Tədbirdə Baş İdarənin Gənclərlə iş sektorunun müdiri Ceyhun Hüseynov və Tələbə Gənclər Təşkilatının sədr müavini Eldar Müzəffərov çıxış edərək sağlamlığımızın qorunması, ekologiyanın çirklənməsinin qarşısının alınması, qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində gənclərin üzərinə müəyyən işlərin düşdüyünü, gənc nəslin bu yöndə maarifləndirilməsinin vacibliyini qeyd etdilər. Bildirdilər ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə müxtəlif illərdə qəbul olunmuş Dövlət Proqramlarının uğurlu icrası ölkəmizdə qida məhsullarına təlabatın ödənilməsi və ərzaq təhlükəsizliyinin təmin edilməsini daima prioritet istiqamət olub.
Daha sonra gənclərə ətraf mühitin mühafizəsinin və qida təhslükəsizliyinin vacibliyi ideyalarını geniş təbliğ etmək məqsədilə film nümayiş olundu.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
Telefon: +994-18 642-16-20
Faks: +994-18 642-02-70
E-Mail: info@sdu.edu.az