Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da yeni laboratoriyaların açılışı oldu
SDU-da yeni laboratoriyaların açılışı oldu

Noyabrın 3-də Sumqayıt Dövlət Universitetinin Fizika və elektroenergetika fakültəsində  tədrisin keyfiyyətini yüksəltmək, nəzəriyyə və təcrübənin paralelliyini təmin etmək məqsədilə yeni   laboratoriyaların açılışı oldu.
Rektor professor Elxan Hüseynov laboratoriyanın  istifadəyə verilməsi münasibətilə kollektivi təbrik etdi, qeyd etdi ki, ölkə başçısı cənab İlham Əliyevin imzaladığı Elmin İnkişafı üzrə Milli Strategiyada əksini tapan elmi-texniki potensialın qorunub saxlanılması, elm və təhsil sahəsində yüksəkixtisaslı kadrların hazırlanması prosesi ali məktəblərin və elmi-tədqiqat müəssisələrinin üzərinə böyük məsuliyyət qoyur. Bu istiqamətdə universitetimizdə bir çox layihələr gerçəkləşir, Avropanın tanınmış elm-tədris mərkəzləri ilə yanaşı, MDB –yə üzv dövlətlərin təhsil qurumları ilə əməkdaşlıq edir, tələbələrin elmi potensialının üzə çıxarılmasında mühüm addımlar atılır.  İnanıram ki, yaradılan və yeniləşən laboratoriyalar tələbələrin bilik və bacarıqlarının artırılmasında, onların yüksək ixtisaslı kadr kimi formalaşmasında  böyük rol oynayacaq.  
Öncə kollektiv Elektrotexnika və elektrik ölçmə texnikası  laboratoriyasında yeniləşmiş və modernləşmiş 8 stendlə tanış oldu. Qeyd olundu ki, laboratoriyada tədris proqramlarının tələbələr tərəfindən daha dərindən mənimsənilməsi üçün ən müasir avadanlıqlar quraşdırılmışdır.  Daha sonra yeni yaradılan  Enerji maşınqayırması laboratoriyasının açılışı oldu. Bildirildi ki, burada  tədqiqatların müasir üsul və texnologiyalarla aparılmasına və tələbələrin elmi tədqiqat işlərinə cəlb olunması istiqamətində mühüm işlər görülüb.
Fizika və elektroenergetika fakültəsinin dekanı dosent Tamella Əhmədova yaradılan şəraitə görə universitetin rektoru professor Elxan Hüseynova minnətdarlığını bildirdi və qeyd etdi ki, son zamanlar fakültədə bir çox yeni, müasir laboratoriyalar yaradılmış, bu da tələbələrimiz və tədqiqatçılarımızın öz elmi işlərini müasir texnologiyalar əsasında daha səmərəli şəkildə qura biləcəklərinə geniş imkan yaradacaq.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az