Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | “Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsində Yeni Azərbaycan Partiyasının rolu” mövzusunda dərs keçirildi.
“Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsində Yeni Azərbaycan Partiyasının rolu” mövzusunda dərs keçirildi.

Ümumilli lider Heydər Əliyevin təməlini qoyduğu yarım milyondan çox üzvü, milli dövlətçilik tariximizdə tutduğu mövqeyi ilə nüfuz qazanan Yeni Аzərbaycan Partiyasının yaranma tarixi hər birimizin qürur mənbəyidir.Noyabrın 21-də Heydər Əliyev MəktəbindəYeni Azərbaycan Partiyasının təsis olunmasının 24-cü ildönümü  ilə əlaqədar “Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsində Yeni Azərbaycan Partiyasının rolu” mövzusunda dərs keçirildi.
Tədbiri girş sözü ilə universitetin rektoru professor Elxan Hüseynov açaraq, ölkəmizdə ən güclü siyasi qüvvəyə çevrilən partiyanın Azərbaycan dövlətçiliyi qarşısındakı tarixi rolundan danışdı. Qeyd etdi ki, ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətçilik tarixində müstəsna yeri vardır. Müasir Azərbaycanın otuz ildən artıq müddətdə dövlət quruculuğu, iqtisadi dirçəliş, ictimai-siyasi və sosial həyatda tərəqqi dövrünü əhatə edən bütöv bir epoxası Heydər Əliyevin adı ilə bağlıdır. 1990-cı ilin əvvəllərində Azərbaycanın dərin böhran vəziyyətində olduğunu vurğulayan rektor qeyd etdi ki, xalqı və dövləti bu böhrandan ulu öndər Heydər Əliyev çıxardı, xalqın, ziyalılarının müraciəti ilə 1992-ci il 21 noyabr tarixində Azərbaycanın taleyində çox mühüm rol oynayan Yeni Azərbaycan Partiyası yarandı.
Ölkəmizin son illərdə əldə etdiyi uğurlar, yüksək naliyyətlər  ulu öndər Heydər Əliyevin yaratdığı və bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev cənablarının sədr olduğu Yeni Azərbaycan Partiyasının bilavasitə fəaliyyəti ilə bağlıdır. Professor Elxan Hüseynov onu da bildirdi ki, Yeni Azərbaycan Partiyası yarandığı ilk gündən müstəqilliyimizin qorunması, dövlətimizin dünyada layiqli yer tutması, dövlətçiliyimizin möhkəmləndirilməsi, iqtisadiyyatımızın inkişaf etdirilməsi, demokratiyanın bərqərar olması kimi mühüm vəzifələrin icrası istiqamətində mühüm işlər görülmüşdür. Dahi şəxsiyyət Heydər Əliyevin qeyd etdiyi kimi, Yeni Azərbaycan Partiyasına xidmət dövlətə, xalqa xidmət deməkdir. Yeni Azərbaycan Partiyası xalqın partiyasıdır. Partiya  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında hərtərəfli inkişaf edir, beynəlxalq nüfuzu artır və dövlətçiliyimizin möhkəmlənməsi naminə fəaliyyətini  gündən-günə genişləndirir.
YAP Sumqayıt şəhər Təşkilatının təşkilat şöbəsinin müdiri  Vəzirxan Ənsərov Yeni Azərbaycan Partiyasının 24 illik fəaliyyəti dövründə xalqımızın taleyüklü poblemlərinin həllində müstəsna xidmətlərindən, Azərbaycanın müstəqil, demokratik, sivil dövlət kimi qurulması və möhkəmləndirilməsi istiqamətində görülən tarixi əhəmiyyətli işlərdən danışdı. Tarix və coğrafiya fakültəsinin dekanı professor Adil Baxşəliyev  “Heydər Əliyev Azərbaycan dövlətçiliyinin memarıdır” mövzusunda məruzə ilə çıxış edərək bildirdi ki,  bugünkü Azərbaycan Heydər Əliyevin şah əsəridir. Bu əsərin qorunması, inkişaf etdirilməsi vəzifəsini Prezident cənab İlham Əliyev çox böyük ləyaqətlə və bacarıqla həyata keçirir. Onun rəhbərliyi ilə Heydər Əliyev siyasəti yaşayır və uğurla davam etdirilir. Heydər Əliyev siyasətinin uğurla həyata keçirilməsi ilə müstəqilliyimiz möhkəmlənir, dövlətçiliyimiz qüdrətlənir və nəticədə beynəlxalq aləmdə Azərbaycan Respublikasının rolu və nüfuzu artır.
Avropa və Amerika ölkələrinin yeni və ən yeni tarixi kafedrasının müdiri professor Şirxan Səlimov “Müstəqil Azərbaycan Respublikasının xarici siyasət kursunun formalaşdırılmasında Heydər Əliyevin rolu” mövzusunda çıxış edərək qeyd etdi ki, müasir tarixi dövrdə xarici siyasətin daxili siyasətin davamı olması xüsusi məzmun və məna kəsb edir. Ulu Öndərin müəyyən etdiyi xarici siyasət hər şeydən əvvəl dünyanın bütün dövlətləri ilə bərabərhüquqlu faydalı əlaqələr qurmaq və inkişaf etdirmək məqsədini daşıyır.Heydər Əliyev ölkənin xarici siyasət kursunu son dərəcə çevik prinsiplər üzərində qurduğundan Azərbaycan diplomatiyası durmadan fəallığını artırır. İndi Azərbaycan mötəbər beynəlxalq təşkilatların üzvüdür və orada çox aktiv fəaliyyət göstərir. Bütün bunlara görə Azərbaycan xalqı ulu öndər Heydər Əliyevə borcludur.
Azərbaycan tarixi kafedrasının müəllimi  Günay Şükürova “Azərbaycan Respublikaının dövlət müstəqilliyinin möhkəmləndirilməsində Yeni Azərbaycan Partiyasının rolu” mövzusunda çıxış edərək diqqətə çatdırdı ki, Yeni Azərbaycan Partiyasının yaradılması tarixi zərurət idi: "1992-ci il noyabr ayının 21-də Naxçıvanda Yeni Azərbaycan Partiyasının yaradılması, demək olar ki, Azərbaycanın inkişafı üçün çox önəmli addım idi.  YAP milli-siyasi iradəni təmsil edən və xalqımızın milli maraqlarını ifadə edən vahid siyasi qüvvəyə çevrilib. Yeni Azərbaycan Partiyası artıq bu gün həm ölkə daxilində, həm də regionda lider partiyadır.
Tarix və coğrafiya fakültəsinin II kurs tələbəsi Əli Miriyev “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin tərəqqisində ulu öndər Heydər Əliyevin ictimai-siyasi fəaliyyəti” barədə çıxış edərək dahi şəxsiyyətin bütövlükdə yeni Azərbaycanın qurulmasında, onun müstəqilliyinin, iqtisadi-siyasi əsaslarının, dövlətçilik ənənələrinin möhkəmləndirilməsində, ölkəmizin beynəlxalq birliyin tam və bərabərhüquqlu üzvünə çevrilməsində, xalqımızın tarixində müstəsna xidmətləri olduğunu bildirdi. 
Tədbirdə Fəlsəfə və hüquq kafedrasının müdiri professor Həsən Sadıqov, şair-publisisit Əvəz Mahmud Lələdağ və digər natiqlər çıxışlarında vurğuladılar ki, YAP Azərbaycanın aparıcı siyasi qüvvəsidir, ölkə vətəndaşlarının arzusunu reallaşdırmaq kimi böyük bir missiyanı yerinə yetirir. Ulu Öndərimizin müdrik kəlamı ilə desək, “Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır.”

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az