Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Universitetimizdə “Kommersiya səylərinin gücləndirilməsi” adlı seminar keçirildi
Universitetimizdə “Kommersiya səylərinin gücləndirilməsi” adlı seminar keçirildi

Dekabrın 19-da Sumqayıt  Dövlət Universitetində  İqtisadiyyat və idarəetmə fakültəsində  Dünya iqtisadiyyatı kafedrasının təşkil etdiyi “Kommersiya səylərinin gücləndirilməsi” adlı seminar keçirildi.
Seminar kafedra müdiri Pənahəliyeva Məlahət və dosent Gülbəs Rüstəmovanın birgə səyi ilə III və IV kurs tələbələri arasında aparıldı.
Dosent Gülbəs Rüstəmova çıxış edərək bildirdi ki, seminarın məqsədi tələbələrin  marketinq elminə olan həvəsini artırmaq  və onların müxtəlif informasiya mənbələrindən aldıqları məlumatları ümumiləşdirərək müstəqil fikir sahibi kimi öz ideya və layihələrini ortaya çıxarmaqdır.
İqtisadiyyat və idarəetmə fakültəsində təhsil alan 20 tələbənin çıxış etdiyi tezis və layihələr münsiflər heyəti tərəfindən  dəyərləndirildi.
Seminarda “Gələcəyimizi qoruyaq”,  “Məktəb ləvazimatlarının  satışı ilə məşğul olan ticarət obyektlərinin işi haqqında”,  “İnsanlarda kitab oxumağa maraq yaratmaq” və  digər  mövzularda tələbələrin tezis və layihələri dinlənildi.
Sonda münsiflər heyəti seminar barəsində öz fikir və rəylərini bildirdilər.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az