Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Komandamız “Tələbələrin Xəmsə Kuboku” adlı bilik yarışında qalib oldular
Komandamız “Tələbələrin Xəmsə Kuboku” adlı bilik yarışında qalib oldular

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində “22 Noyabr – şəhər günü”nə həsr edilmiş “Sumqayıt Tələbələrinin Xəmsə Kuboku” adlı bilik yarışı təşkil edildi.
Tədbir Azərbaycan Respublikasının  Dövlət Himninin səsləndirilməsi ilə başlandı.
Tədbirin açılış mərasimində Sumqayıt şəhər İcra hakimiyyətinin başçısı cənab Zakir Fərəcov, Milli Məclisin deputatları Muxtar Babayev, Tahir Mirkişili və Mirzəcan Xəlilov iştirak etdilər.
Şəhər İcra hakimiyyətinin başçısı Zakir Fərəcov əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş siyasətin tərkib hissəsi kimi gənclər siyasətinin Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdiyi, bu təbəqəyə böyük diqqət, qayğı ilə yanaşıldığı və göstərilən qayğının nəticəsi olaraq Sumqayıt şəhərinin ölkəmizdə Dövlət Gənclər siyasətini uğurla həyata keçirdiyi barədə ətraflı çıxış etdi.  Sentyabrın 27-də ölkə başçısının Sumqayıt şəhərinə növbəti səfəri zamanı açılan bir sıra sosial obyektlərdə, o cümlədən Heydər Əliyev Mərkəzində şəhər sakinlərinin, xüsusilə, yeniyetmə və gənclərin səmərəli istifadəsi, istedadlı və yaradıcı gənclərin üzə çıxarılması, intellektual səviyyələrinin artırılması, peşəyönümlü dərnəklərdə bacarıqlarının inkişaf etdirilməsi üçün hərtərəfli şərait yaradıldığını tədbir iştirakçılarının diqqətinə çatdırdı, yarış iştirakçılarına uğurlar arzuladı.
Baş İdarənin nəzdində fəaliyyət göstərən Sumqayıt İntellektual Klubunun hakimlərinin idarəçiliyi ilə keçirilən “Xəmsə” yarışında şəhərin 1 ali və 3 orta ixtisas təhsil müəssisələrinin 10 komandası iştirak etdi. Ümumilikdə hər komandada 6 nəfər olmaqla 60 tələbə-gənc qalib adı uğrunda mübarizə apardı.
Gərgin keçən bilik çempionatının yekun nəticəsinə əsasən I yerə Sumqayıt Dövlət Universitetinin eyni adlı komandası layiq görüldü. II yeri Sumqayıt Dövlət Texniki Kollecin “Mübarizlər”, III yeri isə Sumqayıt Dövlət Universitetinin “Oblivion” adlı 2-ci komandası tutdu.
Qalib komandalar şəhər Gənclər və İdman Baş İdarəsinin kubok, Fəxri Fərman, medal və xatirə hədiyyələri ilə təltif edildilər.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az