Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Alimimiz Parisdə ERASMUS+ Layihəsi çərçivəsində təşkil olunan təlimdə sertifikata layiq görüldü
Alimimiz Parisdə ERASMUS+ Layihəsi çərçivəsində təşkil olunan təlimdə sertifikata layiq görüldü

Noyabrın 6-dan 20-dək Fransanın paytaxtı Paris şəhərində yerləşən İncəsənət və Sənətkarlıq üzrə Milli Konservatoriyada (Le Cnam – KNAM )  ERASMUS+ (Rusiya Federasiyası, Çin və Azərbaycanda binaların enerji və ətraf mühit səmərəliliyi üzrə açıq və distant təhsil formatında peşə bakalavrı)  layihəsi çərçivəsində təşkil olunan təlimlərdə Sumqayıt Dövlət Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti və Azərbaycan Texniki Universitetinin nümayəndələri iştirak etdilər.
Tərəfdaş ölkələrdə ali təhsil sisteminin modernləşdirilməsinə, mümkünlüyünə və beynəlmiləlləşdirilməsinə dəstək göstərmək məqsədilə həyata keçirilən layihə üzrə təşkil olunan təlimlərdə Fizika və elektroenergetika fakültəsinin “Elektromexanika”  kafedrasının dosenti, eyni zamanda Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri dosent Turqay Hüseynov iştirak etdi və sertifikata layiq görüldü.
Layihə iştirakçıları konservatoriyada (Le Cnam- Knam)  yerləşən muzey və laboratoriyalarla yaxından tanış oldular və toplantılarda iştirak etdilər.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az