05 dekabr 2014-cü ildə Sumqayıt Dövlət  Universitetinin (SDU) Tələbə Elmi Cəmiyyətinin (TEC)  təsis konfransı keçirilmişdir. Yığıncaqda Elm və  İnnovasiyalar üzrə prorektor, prof. Məmmədov  Ramazan , fakültə dekanları,  fakültələr üzrə TEC-nin rəhbərləri  iştirak etmişdir. 
  Elm və İnnovasiyalar üzrə prorektor,  prof. Məmmədov Ramazan  çıxış edərək  tələbələrin asudə vaxtlarının səmərəli  keçirilməsi, onların maraq və meyillərinin, intellektual biliklərinin artırılması  üçün dərnəklərin, klubların təşkil edilməsinin zəruriliyini bildirmiş, TEC-nin  bu istiqamətdə  fəaliyyətinin gücləndirməsinin vacibliyini vurğulamışdır. Prorektor   yeni seçiləcək  heyətə   fəaliyyətlərində tövsiyyələrini vermiş və uğurlar arzulamışdır.
  Konfransda  Azərbaycan Respublikası təhsil nazirinin 27  iyun 2014-cü il tarixli, 752 nömrəli əmri ilə təsdiq edilmiş Tələbə Elmi  Cəmiyyəti haqqındaNümunəvi Əsasnaməyə əsasən  SDU-nun Tələbə Elmi Cəmiyyətinin  Əsasnaməsi qəbul edilmiş, Bərk cisimlər fizikası kafedrasının dosenti  İ.G.Paşayevi  SDU TEC-in elmi rəhbəri təyin edilmiş, TEC-in Şurasına  tələbələr arasından 19-nəfərdən ibarət  üzv seçilmişdir:  
Filologiya fakültəsi
  Səmədli Nurlan qr 952(TEC Şurasının  sədri)
  Abasov Həzrət qr 964
İbrahimova Yaqut qr 965 
Kimya və biologiya fakültəsi
  Qaralıyeva Məryəm  qr.352 (TEC-in  Şurasinın katibi)
  Süleymanlı Ulduz qr 352
  Qaffarova Aynur qr 351
  
  Riyaziyyat fakültəsi 
  Məmmədova Şəfəq qr. 454 
  Qədirli Nigar qr 462
  
  Fizika və  Elektroenergetika fakültəsi
  İlyasova Zülfiyyə qr 554
  Hacıyev Zaur qr T-58
  Şahbalayeva Lalə qr. 544