Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | “Şəxsiyyətin düzgün karyera seçmə modelləri” mövzusunda təlim-seminar keçirildi
“Şəxsiyyətin düzgün karyera seçmə modelləri” mövzusunda təlim-seminar keçirildi
Dekabrın 28-də Karyera Mərkəzinin təşkilatçılığı ilə “Proqressiv psixologiya mərkəzi”nin rəhbəri, tanınmış psixoloq Murad İsayevin  “Şəxsiyyətin düzgün karyera seçmə modelləri”mövzusunda təlim-seminarı keçirildi. Tədbiri Karyera Mərkəzinin müdiri Zahid Bünyadov açaraq bildirdi ki, bu seminarın təşkilində, müxtəlif sahələrdə uğur qazanmış gənc kadrlarla tələbələrimizi görüşdürməkdə məqsədimiz gənclərin uğur qazanmasına dəstək verməkdir.
Təlimdə müasir dövrün tələblərinə uyğun istiqamətin seçilməsi, xarakterin və potensialın ortaya çıxarılması yolları, hər zaman yüksək motivasiyalı olmaq üçün lazım olan psixoloji metodikalar, çətinlikləri öz xeyrinə istifadə etmə qaydaları, düzgün hədəf və strategiya qurma metodları, özünü və psixologiyasını tanımağın yolları müzakirə edilərək, psixoloq tərəfindən dəyərli məlumatlar verildi. Murad İsayev məqsədsizlik, nizam-intizamlı olmaması, iradə zəifliyi, hədəfin olmaması, dözümsüzlük dərəcəsinin aşağı olmasının motivasiya deposunu dağıdan əsas amillərdən olduğunu vurğuladı. 
Seminar tələbələr tərəfindən böyük maraqla qarşılandı. Çıxışlara diqqətlə qulaq asan tələbələr sonda məruzəçiyə suallarını verərək uğurlu karyera qurmaq haqqında ətraflı psixoloji məsləhətlər aldılar. 

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az