Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | ENAKTUS layihəsinin Azərbaycan ofisinin nümayəndələri Sumqayıt Dövlət Universitetində
ENAKTUS layihəsinin Azərbaycan ofisinin nümayəndələri Sumqayıt Dövlət Universitetində

Dekabr ayının 20-də ENAKTUS (EN-ACT-US Entrepreneurial Action Us - Bizim Təşəbbüskar Sahibkarlıq fəaliyyətimiz) Azərbaycan ofisinin nümayəndələri, layihənin  Azərbaycan üzrə icraçı direktoru Kəmalə Məmmədova, layihə meneceri Musa Quliyev və layihə köməkçisi Seymur Məmmədov Sumqayıt Dövlət Universitetinin (SDU) tələbələri ilə görüşdülər. Tədbiri SDU-nun Tələbə Elmi Cəmiyyətinin rəhbəri İslam Paşayev açaraq, iştirakçıları salamladı. İcraçı direktor Kəmalə xanım və layihə menecerinin köməkçisi Seymur Məmmədov tədbir iştirakçılarını ENACTUS layihəsi haqqında məlumatlandırdı. Tələbələr layihəyə qoşulmaq üçün öz ideyalarını mütəxəsislərlə bölüşdülər. Qeyd edim ki, tələbələrin bu ideyaları ekspertlər tərəfindən müsbət qiymətləndirildi və istiqamətləndirildi. İlkin addım olaraq bu ideyaların prezentasiya şəklində hazırlanması tövsiyyə olundu. Prezentasiya hazırlandıqdan sonra isə layihədə rəsmi olaraq iştirak etmək üçün müraciət formasının vacib olduğu bildirildi. Tədbirdə universitetin tələbə və müəllimləri, kafedra və şöbə əməkdaşları da iştirak edirdi.
Müzakirənin sonunda Kəmalə xanım layihəylə bağlı tələbələrin suallarını cavablandırdı və universitet rəhbərliyinə yaradılan şərait üçün öz təşəkkürünü bildirdi.
Universitet tələbələrinin ideyaları olduqca maraqlı və unikal idi, ən əsası isə layhənin tələblərində qeyd olunduğu kimi yenilik və yaradıcılıq diqqəti cəlb edirdi. Mən ümid edirəm ki, SDU yeni 2015-ci ildə baş tutacaq ENACTUS proqamının qalibi olacaq və universitetimizin tələbələri SDU-nu beynəlxalq tədbirlərdə təmsil edəcəkdir. Çünki artıq universitetimizin ENAKTUS komandası yaradılmışdır.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az